Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Mərhum fiqh Şeyxi Ayətullah əl-Üzma Hacı Məhəmməd Əmin Sultan əl-Qərainin oğlu Şeyx Cavad Sultan əl-Qərai Cəlaləddin Şah Xafi divanının nadir və nəfis əlyazmasının Təbrizdə saxlanılan nadir kitabına işarə edib.
Şeyx Cavad deyib: Bu nadir kitabın ikinci nüsxəsi Misirin Qahirə şəhərindəki Xudəyviyyə Kitabxanasının əlyazma fondunda saxlanılır və bu əsər dünyada 2 nüsxədən çox deyil.
Yuxarıda qeyd olunan əlyazma 12,5 x 20,7 sm ölçüdə, 2,3 sm qalınlıqda, halqalı, 17 sətirdən ibarət 228 səhifədə (təxminən 15 və ya 17 misra) cəmi 3500-ə yaxın beytdən ibarətdir.
Hicri 787-ci ilin səfər ayında katib “Məsud ibn Mənsur ibn Əhməd Müttəbibin” dəsti-xətti ilə kətan üzərində (həm xarici, həm də daxili səthi gül və bitkilərlə bəzədilərək, cild təzələnərək) yazılmışdır.
Sizin rəyiniz