Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Qəzza zolağındakı xəstəxana mənbələri cümə axşamı səhər saatlarında İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda son 24 saat ərzində ən azı 81 fələstinlinin şəhid olduğunu açıqlayıb.
QətəRin Əl-Cəzirə agentliyinin verdiyi məlumata görə, bu insanların çoxu humanitar yardım almaq üçün növbəyə dayanıb və İsrail hərbçilərinin atəşi nəticəsində şəhid olublar.
Qəzzanın Səhiyyə Nazirliyi dünən, çərşənbə günü Qəzzaya təcavüzün yeni mərhələsinin 2025-ci il martın 18-dən başlamasından bu yana 10 576 nəfərin şəhid olduğunu, 44 717 nəfərin isə yaralandığını açıqlayı
Bu hesabata görə, Əqsa Fırtınası əməliyyatının başladığı 7 oktyabr 2023-cü ildən bu yana Qəzzada şəhidlərin ümumi sayı 62 min 122 nəfərə, yaralıların sayı isə 156 min 758 nəfərə çatıb.
Sizin rəyiniz