Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Faşist İsrail rejim mediası yəhudilərin işğal etdikləri ərazilərdəki hərbi çatışmazlıq səbəbindən rejimin İsraildən kənardan yəhudi əsgərləri cəlb etməyə çalışdığını açıqlayıb.
Bu barədə Yəmənin Əl-Masirah kanalı sionist rejim ordusunun radiosuna istinadla məlumat yayıb.
Hərbi qurum 10-12 min kadr çatışmazlığı ilə üzləşir və bu çatışmazlığı aradan qaldırmaq üçün rejim xaricindən gənc yəhudiləri çoxillik xidmətə cəlb etməyi planlaşdırır.
Qaniçən sionist rejim ordu radiosu deyib: “İsrail ordusunun yüksək rütbəli rəsmiləri illik hədəflərinin ABŞ və Fransadakı yəhudi icmalarına yönəlməklə, İsraildən kənardan 600-700 əlavə əsgər cəlb etmək olduğunu açıqlayıblar.”
İsrail ordusu radiosu daha sonra vurğulayıb: “Bu hərəkət acı reallığı əks etdirir; yerli fanatik gənclər hərbi xidmətdən uzaqlaşdıqları üçün ordu İsraildən uzaqda olan yəhudiləri işə götürməyə məcbur olub.”
Qeyd edək ki, bu addım faşist İsrail rejiminin Qəzza şəhərini işğal etmək istədiyi bir vaxta təsadüf edir.
Sizin rəyiniz