Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran Xarici İşlər Nazirliyinə bağlı məsul bir mənbə “Əl-Cəzirə” telekanalına verdiyi açıqlamada, İngiltərənin Teleqraf qəzetində yayımlanan və guya Taliban tərəfindən casusların siyahısının İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) təqdim edildiyini iddia edən xəbəri rədd edərək, saxta və əsassız adlandırıb.
Sözügedən mənbə vurğulayıb ki, bu xəbər İran İslam Respublikasına qarşı sionist medialar tərəfindən aparılan təşkilatlanmış qarayaxma kampaniyasının bir hissəsidir.
Sizin rəyiniz