Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ölkəmizin prezidentinin Minskə səfəri zamanı İran və Belarusun yüksək səviyyəli rəsmiləri 12 əməkdaşlıq sənədi və 1 birgə bəyanat imzalayıblar.
Məsud Pezeşkianın Belarusa səfəri zamanı bu gün günortadan sonra, çərşənbə günü, avqustun 20-də İran və Belarusun yüksək səviyyəli rəsmiləri iki ölkə prezidentlərinin iştirakı ilə siyasət, beynəlxalq hüquq, turizm, incəsənət, media, sağlamlıq, əczaçılıq, sənaye, ətraf mühit, Xüsusi İqtisadi Zonalar və investisiya sahələrində 12 əməkdaşlıq sənədi imzalayıblar.
Bu mərasimdə İran və Belarus prezidentləri habelə səfərlə bağlı birgə bəyanat imzalayıblar.
Sizin rəyiniz