Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bazar ertəsi CNN telekanalı səs yazısında bildirib ki, İsrail hərbi kəşfiyyatının keçmiş rəhbəri fələstinlilərin hər bir neçə müddətdən sonra “Nikbət (Fəlakət) günü”nü yenidən yaşamalı olamalarının zəruri olduğunu bildirib.
Cümə günü İsrailin Kanal 12 tərəfindən yayımlanan səs yazılarında İsrail hərbi kəşfiyyatının keçmiş rəhbəri Aharon Haliva deyib: "Oktyabrın 7-də (Əl-Əqsa Fırtınası Əməliyyatı) baş verən hər bir hadisəyə görə, 7 oktyabrda hər bir insan (yəhudi) üçün 50 fələstinli ölməlidir. İndi onların uşaq olub-olmamasının heç bir əhəmiyyəti yoxdur."
Haliva əlavə edib: "İndiyə qədər Qəzzada 50.000 nəfərin ölməsi faktı gələcək nəsillər üçün zəruri və lazımdır."
Onun bu açıqlamalarının dəqiq vaxtı məlum deyil, təxminən 5 ay əvvəl, Qəzza müharibəsində şəhid olanların sayı 50 mini keçmşdir və bu açıqlamaların bu zamanda verilməsi ehtimal olunur.
Haliva daha sonra deyib: "Başqa seçim yoxdur, zaman-zaman bunun əvəzini ödəmək üçün bir “Fəlakət (Nikbə) Günü lazımdır."
Xatırladaq ki, Nikbə Günü 1948-ci ildə İsrail dövlətinin yaradılması iddiası ilə 700 mindən çox fələstinlinin sionist silahlı qruplaşmalar tərəfindən evlərindən qovulduğu və məcburi köçə məhkum edildiyi günə işarə edir.
Qeyd edək ki, Haliva Əl-Əqsa Fırtınası əməliyyatı zamanı İsrail hərbi kəşfiyyatının rəhbəri idi. Daha sonra o, 2024-cü ilin aprelində tutduğu vəzifədən istefa verdi və ehtimal ki, əməliyyatda kəşfiyyatın uğursuzluğuna cavab olaraq Əl-Əqsa Fırtınasından sonra istefa verən ilk yüksək rütbəli İsrail hərbi zabiti oldu.
Görünən odur ki, Haliva ilə ətraflı söhbətlərin uzun səs yazıları qeydə alınıb, lakin sionist mediası təqaüdçü zabit ilə danışan şəxsin kimliyini açıqlamayıb.
Halivanın səs boyu əsas iddiası budur: “İDF, İsrailin Əl-Əqsa Fırtınası əməliyyatı ilə bağlı uğursuzluqlarına görə məsuliyyət daşıyan yeganə qurum olmamalıdır.”
O, İsrailin siyasi rəsmilərini və daxili təhlükəsizlik xidməti olan Şin Beti Fələstin müqavimət hərəkatının hücum etməyəcəyinə inanmaqda günahlandırıb.
Haliva İsrailin Kanal 12-yə verdiyi açıqlamada bu sözlərin xüsusi iclasda edildiyini və bu səsin çölə sızmasına görə yalnız “təəssüf ifadə edə biləcəyini” söyləyib.
O, kasetləri bu hadisənin kiçik bir hissəsi adlandırıb: “Bu səs yazısı tam mənzərəni əks etdirə bilmir, xüsusən də söhbət çox məxfi olan mürəkkəb məsələlərə və detallara gəldikdə.”
Bu səs yazıları, İsrailin Qəzzada apardığı müharibə, oradakı soyqırımı və Qəzza Zolağını tamamilə zəbt etmək üçün verdiyi yeni planlarına artan tənqidlərlə üzləşdiyi bir vaxtda yayımlanıb ki, bu plan dünyanın bir çox ölkəsi, o cümlədən avropalılar tərəfindən rədd edilib və hətta qınanılıb.
HƏMAS açıqlamasında Halivanın sözlərini pisləyərək deyib: “Səs yazısı “xalqımıza qarşı cinayətlərin düşmənin siyasi və təhlükəsizlik rəhbərliyinin yüksək səviyyəli qərarları və rəsmi siyasəti olduğunu təsdiqləyir”.
Bildirək ki, BMT-nin xüsusi komitəsi, ötən ilin noyabrında faşist İsrail rejimin Qəzzada törətdiklərinin “soyqırımın xüsusiyyətlərinə cavab verdiyini” bildirmişdi. İsrailin iki insan haqları təşkilatı da ötən ay sionist rejimi Qəzzada soyqırım törətməkdə ittiham edib. Amma İsrail ordusu bu tənqidi “tamamilə əsassız” adlandırıb. İsrail dəfələrlə soyqırım ittihamlarını rədd edib və beynəlxalq hüquqa uyğun hərəkət etdiyini iddia edib.
Bunu da vurğulayaq ki, Qəzza Səhiyyə Nazirliyi ötən gün, avqustun 17-də bildirib: “Müharibə başlayandan bəri İsrailin Qəzza zolağına hücumlarında şəhid olanların sayının 60004-ə, yaralıların sayının isə 156230-a çatdıB.”
Sizin rəyiniz