12 avqust 2025 - 18:58
Source: IRNA
İran Cənubi Afrika ilə hərbi və müdafiə əməkdaşlığını inkişaf etdirməyə hazır olduğunu bəyan edib

Cənubi Afrikanın Milli Müdafiə Qüvvələrinin komandiri Ordu Başçısı Rudzavni Mafvaniya İranın Silahlı Qüvvələri Baş Qərargah rəisi general-leytenant Seyid Əbdülrəhim Musavi ilə görüşüb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Cənubi Afrikanın Milli Müdafiə Qüvvələrinin komandiri Ordu Başçısı Rudzavni Mafvaniya İranın Silahlı Qüvvələri Baş Qərargah rəisi general-leytenant Seyid Əbdülrəhim Musavi ilə görüşüb və danışıq aparıb.

Silahlı Qüvvələri Baş Qərargah rəisi İran İslam Respublikasının Cənubi Afrika ilə hərbi və müdafiə sahəsində əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirərək qeyd edib:

“Bu gün İslam İnqilabı Keşikçilər Korpusu dünyanın ən böyük anti-terror qüvvəsi kimi tanınır və dəyərli təcrübələrə malikdir. Bu təcrübələri Cənubi Afrika ilə paylaşa bilər.”

Sizin rəyiniz

You are replying to: .
captcha