Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Cari ilin İyulun 12-də Suriya Ərəb Respublikasına silahlı üsyanla hakim kəsilmiş “Təhrir əş-Şam” terrorçu rejiminin vəhhabi əqidəli prezidenti Əhməd əş-Şaraanın əliyevlər sülalə rejiminə “işgüzar” səfəri çərçivəsində əliyevlər sülalə rejiminin Neft Şirkəti (SOCAR) ilə başkəsən vəhhabi terrorçu Qolani rejimi arasında anlaşma memorandumu da imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumu əliyevlər sülalə rejiminin iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyaya hakim kəsilmiş terrorçu “Təhrir əş-Şam” vəhhabi rejiminin energetika naziri Məhəmməd əl-Bəşir imzalayıblar.
Qeyd edək ki, sözü gedən memoranduma əsasən əliyevlər sülalə rejiminin Azərbaycanın taladığı qaz və neftin Suriyanın mövcud terrorçu vəhhabi rejimi vasitəsi ilə İlham Əliyevin qudalarının vətən saydıqları işğalçı faşist sionist rejiminə transfer edilməsi nəzərdə tutulub.
Sizin rəyiniz