Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: HƏMAS hərəkatının hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə Yəmənlilərə Fələstin xalqına verdikləri dəstək və göstərdikləri yardıma görə təşəkkür edib.
Palestine Today saytının məlumatına görə, Əbu Ubeydə çıxışında deyib: “Sözün sil mənasında bizə qardaş olan Yəmən Xalqı Fələstinə və Məscidül-Əqsaya dəstək üçün canları və malları ilə ödədikləri ağır itkilərə baxmayaraq, amansız soyqırımın hədəfi olan Qəzzə xalqına dəstək məqsədi ilə sionist rejimin mərkəzinə təşkil etdiyi hücumlarında israrlı olmaqda davam edir.”
Cənab Əbu Ubeydə əlavə edib: “Fələstin və fələstinlilər yəmənlilərin bu şərəfli dəstəyini və bu xalqın sağlam iradə və imanla sionist rejimin təhlükəsizliyini sarsıtmaq qabiliyyətini göstərən polad qətiyyətini unutmayacaqlar.”
Sizin rəyiniz