22 mart 2025 - 23:37
Son 48 saatda faşist İsrail rejimi 130 fələstinlini şəhid edib

Uşaq qatili sionist terror rejiminin son 48 saat ərzində Qəzza zolağına endirdiyi bombardimanlar nəticəsində 130 fələstini şəhid olub və 263 yaralı xəstəxanalara çatdırılıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Fələstin Səhiyyə Nazirliyi Qəzza zolağında son 48 saat ərzində 130 şəhid və 263 yaralının Qəzza zolağındakı xəstəxanalara köçürüldüyünü açıqlayıb.

Səhiyyə Nazirliyi şənbə günü açıqlama yayaraq, bu şəxslərin şəhid olması ilə 18 Martdan bu yana fələstinli şəhidlərin sayının 634-ə, yaralıların sayının isə 1172-yə çatdığını qeyd edib.

Nazirlik 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında baş vermiş soyqırım müharibəsi qurbanlarının sayının artaraq 49 747 şəhidə, 113 213 yaralıya çatdığını bildirib.

Qeyd edək ki, bundan əlavə xeyli sayda insan cəsədləri hələ də dağıntılar altında və ya yollarda qalıb. Xuilasetmə qrupları onları tapmağa və ya dağıntılar altından çıxartmağa qadir deyildir.

Sizin rəyiniz

You are replying to: .
captcha