26 fevral 2023 - 16:32
Xocalı dəhşətindən 31 il keçir

İslam Dünyasının faciələrinə kimlər göz yumur?

Xocalı faciəsi Azərbaycan Respublikası ilə Ermənistan arasındakı münaqişənin acı hadisələrindən və XX əsrdə müsəlmanlara qarşı törədilmiş genosid xarakterli tragediyalardan biridir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, müsəlman əhaliyə qarşı xüsusi qəddarlıq tətbiq olundu.

Bu acı hadisədə 613 nəfər şəhid, 487 nəfər əlil oldu və 1275 mülki şəxs, o sıradan yaşlı, uşaq və qadın Ermənistan qüvvələrinin əsirliyinə keçdi. Eyni zamanda, 150 nəfər itkin düşdü və bu günədək onların taleyi haqda heç bir xəbər yoxdur. Xocalı soyqırımı heç şübhəsiz Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Ermənilərin törətdiyi bu soyqırımı regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf edib. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Lakin ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar.

Maraqlıdır ki, o vaxt Qərb tərəfindən Xocalıda yaşanan vəhşiliyə göz yumuldu və İslam dünyası növbəti ikili standartların şahidi oldu. Hətta üstəlik ABŞ Konqresi tərəfindən Azərbaycan Respublikasına qarşı sanksiyalar tətbiq edilərək 907-ci düzəliş icraya qoyuldu. Bu ayrı-seçkilik əlbəttə ki, əvvəllər də təcrübə olunmuşdu və Fələstin məsələsində ikili yanaşmanın şahidi olmuşduq, ona görə də ABŞ-ın timsalında Qərb dünyasının müsəlman qırğınından kədərlənəcəyini gözləmək olmazdı.

Yeri gəlmişkən bildirək ki, Xocalı hadisəsi bu gün ailə rejiminin özünə tərəfdaş seçdiyi qəddar sionist İsrail rejiminin Fələstində müsəlmanlara qarşı törətdiyi cinayətlərdən o qədər də fərqlənmir; xüsusilə didərgin düşüb, Livanda Səbra və Şətila düşərgələrində məskunlaşan fələstinlilərin qığın edilməsini, və ya ABŞ-ın İraq və Əfqanıstanda yaşatdığı tragediyanı xatırladır.

Qəribədir ki, hegemonçu dövlətlər müsəlmanların Xocalıda qırğın edilməsinin qarşısında susdular. Amma bu dövlətlərdən fərqli olaraq Xocalı soyqırımı məsələsində İran İslam Respublikası da daxil olmaqla İslam Əməkdaşlıq Təşkilatı 2012-ci ildə Xocalı faciəsini soyqırımı olaraq tanıdı