ABNA24 Xəbər Verir , Ayətullah Seyid Əhməd Xatəmi deyib: Bu səfər müqavimət cəbhəsinin güclənməsinə səbəb oldu və Suriya sionist rejimlə mübarizədə müqavimətin ön xəttindədir.
Xatəmi həmçinin Qətər əmiri Şeyx Həməd bin Ali-Saninin İnqilab Rəhbəri ilə görüşü və onun iqtisadi önəmi haqda danışıb: Bu səfər iqtisadi əməkdaşlığın genişlənməsi baxımından önəmli olsa da, görüşdəki mühüm cəhət, İslam İnqilabının Böyük Rəhbərinin buyurduqları olubdur ki; «Sionistlər ayaq basdıqları hər bir yerdə pozğunluq yaradırlar». Bu görüş anti-sionist bir manevr idi.
Tehranın müvəqqəti imamcüməsi həmçinin deyib: Fars Körfəzi ətrafındakı ölkələr qüdrətli İrana etimad etməlidirlər, çünki həssas anlarda onların dadına çatan, məhz İrandır.
342/