31 yanvar 2022 - 13:00
Şimali Koreyanın atdığı raket səs sürətini 16 dəfə ötüb

“Raketin maksimal sürəti 16 Maxa çatıb ki, bu da səs sürətindən 16 dəfə çoxdur”, - deyə məlumatda bildirilib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Şimali Koreyanın atdığı raket səs sürətini 16 dəfə ötüb.

Bu barədə “Yonhap” agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.

“Raketin maksimal sürəti 16 Maxa çatıb ki, bu da səs sürətindən 16 dəfə çoxdur”, - deyə məlumatda bildirilib.

Mərminin Şimali Koreyanın 2017-ci ildə sınaqdan keçirdiyi “Xvason-12” raketinə bənzədiyi vurğulanır.

Artıq Yaponiya hökuməti raket buraxılışına görə KXDR-ə etiraz edib.

Cənubi Koreya prezidenti Mun Çje İn isə Şimali Koreyanın raket buraxılışını Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması adlandırıb.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!