ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Beynəlxalq Valyuta Fondunun sədri Kristalina Georgiyeva son zamanlar bir açıqlamada bu fondun koronavirus epidemiyasına məruz qalmış ölkələrə 50 milyard dollar miqdarında fövqəladə maliyyə yardımından xəbər vermişdi.
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün öz tvitter hesabında İran Mərkəzi Bankının Beynəlxalq Valyuta Fondunun bu imkanını təcili surətdə əldə etmək üzrə ərizəsinə işarə edib. Vurğulayıb ki, Beynəlxalq Valyuta Fondu və onun rəyasət heyəti öz vəzifələrinə sadiq qalmalı, doğru tərəfdə dayanmalı və məsuliyyətlə hərəkət etməlidir.
İran Mərkəzi Bankının baş direktoru Əbdolnaser Hemməti koronavirusla mübarizə üçün Tehranın BVF-dən 5 milyard dolların verilməsini istədiyini bildirib.
Hemməti belə qeyd edib: Dünya ictimaiyyətinin və Beynəlxalq Valyuta Fondunun cavabı ziyan çəkmiş xalqın yaralarının sağalması və bu virusun nəzarətə alınmasına kömək istiqamətində onların iddialarının dəyərləndirilməsi üçün yaxşı bir meyar ola bilər.
Dİgər tərəfdən, İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi bir tvitter mesajında yazıb: İranın xarici işlər naziri BMT-nin baş katibi Antonio Quterreşə məktubda Amerikanın birtərəfli sanksiyalarının götürülməsini istəyib.
Məhəmməd Cavad Zərif, surəti beynəlxalq təşkilatların sədrlərinə və bütün ölkələrin xarici işlər nazirlərinə göndərilən bu məktubda koronavirus xəstəliyi ilə mübarizə üçün Amerikanın İrana qarşı bütün birtərəfli və qanunsuz sanksiyalarının aradan qaldırılması vacibliyini vurğulayıb.
.............
340