Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahar TV
bazar

11 avqust 2019

06:29:10
968151

İran qızları taekvondo üzrə dünya çempionu oldular

Yeniyetmələrin taekvondo üzrə 4-cü dünya çempionatının sonunda İran komandası qızlar bölməsində çempion adını qazanıb.

(ABNA24.com) Yeniyetmələrin taekvondo üzrə 4-cü dünya çempionatının sonunda İran komandası qızlar bölməsində çempion adını qazanıb.

Ötən çərşənbə günündən 64 ölkədən 550 takevondoçunun iştirakı ilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən yeniyetmələrin taekvondo üzrə 4-cü dünya çempionatı şənbə günü İran qızlarının çempionluğu ilə başa çatdı.

Bu yarışların sonunda İranın taekvondo üzrə milli komandası qızlar bölməsində qüdrətlə altı qızıl və bir gümüş medal, həmçinin 818 xalla dünya çempionluğu pyedestalında dayandı.

Oğlanlar bölməsində də İran bir qızıl, bir gümüş və 4 bürünc medal, həmçinin 287 xalla dünya ikincisi oldu.

İran qızlarından sonra Tailand yığması ikinci olubdur. Cənubi Koreya, Türkiyə və ABŞ üçüncüdən beşinciyədək olan yerləri tutublar.

Oğlanlar bölməsində də Rusiya dünya çempionu olub. Ukrayna, Tailand və Tayvan yığmaları İran seçməsindən sonra üçüncüdən beşinciyədək olan yerlərdə durublar.

Həmçinin İranın qızlardan ibarət taekvondo komandasının baş məşqçisi Əzəm Dorosti dünyanın ən yaxşı məşqçisi seçilibdir.




/129