11 may 2025 - 11:41
Zilqədə ayının Yekşənbə “Bazar” günü qılıənan Tövbə namazı

Hicri yeddinci əsrin böyük şiə alimlərindən olan Seyid İbn Tavus öz kitabında Zilqədə ayında tövbə namazını nəql etmişdir...

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Zilqədə ayının tövbə namazı hansı kitabda qeyd olunub və istənilən vaxt qılına bilərmi və bu namazdan sonra yaşından asılı olmayaraq insan bütün əvvəlki günahlardan təmizlənəcəkmi?

Vurğulamaq lazımdır ki, Zilqədə ayının bazar günü tövbə günüdür və həmin günün özünəməxsus əməlləri vardır.

خَرَجَ رَسُولُ اللَّهِ (صلی الله علیه وآله) يَوْمَ الْأَحَدِ فِي شَهْرِ ذِي الْقَعْدَةِ فَقَالَ يَا أَيُّهَا النَّاسُ مَنْ كَانَ مِنْكُمْ يُرِيدُ التَّوْبَةَ قُلْنَا كُلُّنَا نُرِيدُ التَّوْبَةَ يَا رَسُولَ اللَّهِ فَقَالَ (علیه السلام) اغْتَسِلُوا وَ تَوَضَّئُوا وَ صَلُّوا أَرْبَعَ رَكَعَاتٍ وَ اقْرَءُوا فِي كُلِّ رَكْعَةٍ فَاتِحَةَ الْكِتَابِ مَرَّةً وَ قُلْ هُوَ اللَّهُ أَحَدٌ ثَلَاثَ مَرَّاتٍ وَ الْمُعَوِّذَتَيْنِ مَرَّةً ثُمَّ اسْتَغْفِرُوا سَبْعِينَ مَرَّةً ثُمَّ اخْتِمُوا بِلَا حَوْلَ وَ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ ثُمَّ قُولُوا يَا عَزِيزُ يَا غَفَّارُ اغْفِرْ لِي ذُنُوبِي وَ ذُنُوبَ جَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ فَإِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ ثُمَّ قَالَ (علیه السلام) مَا مِنْ عَبْدٍ مِنْ أُمَّتِي فَعَلَ هَذَا إِلَّا نُودِيَ مِنَ السَّمَاءِ يَا عَبْدَ اللَّهِ اسْتَأْنِفِ الْعَمَلَ فَإِنَّكَ مَقْبُولُ التَّوْبَةِ مَغْفُورُ الذَّنْبِ وَ يُنَادِي مَلَكٌ مِنْ تَحْتِ الْعَرْشِ أَيُّهَا الْعَبْدُ بُورِكَ عَلَيْكَ وَ عَلَى أَهْلِكَ وَ ذُرِّيَّتِكَ وَ يُنَادِي مُنَادٍ آخَرُ أَيُّهَا الْعَبْدُ تَرْضَى خُصَمَاؤُكَ يَوْمَ الْقِيَامَةِ وَ يُنَادِي مَلَكٌ آخَرُ أَيُّهَا الْعَبْدُ تَمُوتُ عَلَى الْإِيمَانِ وَ لَا أَسْلِبُ مِنْكَ الدِّينَ وَ يُفْسَحُ فِي قَبْرِكَ وَ يُنَوَّرُ فِيهِ وَ يُنَادِي مُنَادٍ آخَرُ أَيُّهَا الْعَبْدُ يَرْضَى أَبَوَاكَ وَ إِنْ كَانَا سَاخِطَيْنِ وَ غُفِرَ لِأَبَوَيْكَ ذَلِكَ وَ لِذُرِّيَّتِكَ وَ أَنْتَ فِي سَعَةٍ مِنَ الرِّزْقِ فِي الدُّنْيَا وَ الْآخِرَةِ

وَ يُنَادِي جَبْرَئِيلُ (علیه السلام) أَنَا الَّذِي آتِيكَ مَعَ مَلَكِ الْمَوْتِ (علیه السلام) أَنْ يَرْفُقَ بِكَ وَ لَا يَخْدِشَكَ أَثَرُ الْمَوْتِ إِنَّمَا تَخْرُجُ الرُّوحُ مِنْ جَسَدِكَ سَلًّا [سَلَاماً] قُلْنَا يَا رَسُولَ اللَّهِ لَوْ أَنَّ عَبْداً يَقُولُ فِي غَيْرِ الشَّهْرِ فَقَالَ (علیه السلام) مِثْلَ مَا وَصَفْتُ وَ إِنَّمَا عَلَّمَنِي جَبْرَئِيلُ (علیه السلام) هَذِهِ الْكَلِمَاتِ أَيَّامَ اللَّهِ رَبِّي [أُسْرِيَ بِي‏.]

Mərhum Mirzəcavad Aqa Məliki Təbrizi “Əl-muraqibat” kitabında Peyğəmbəri-Əkrəmdən (səlləllahu əleyhi və alih) nəql edir ki, bir gün o həzrət öz səhabələrinə xitabən buyurdu:

“Sizin hansı biriniz tövbə etmək istəyir?” Səhabələr hamılıqla müsbət cavab verdikdə, o həzrət buyurdu: “Zilqədə ayının hər bazar günü qüsl etdikdən və dəstəmaz aldıqdan sonra iki rükət – hər rükətdə “Həmd”dən sonra üç dəfə “İxlas”-(yəni Qul huvəllahu əhəd), bir dəfə “Fələq” və “Nas” surələrini oxuyun, sonra yetmiş dəfə istiğfar (tövbə) edib, istiğfarı “La həvla və la quvvətə illa billahil əliyyil əzim”lə sona yetirin.

Sonra bu zikr deyin:

يَا عَزِيزُ يَا غَفَّارُ اغْفِرْ لِي ذُنُوبِي وَ ذُنُوبَ جَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ فَاِنَّهُ لا يَغْفِرُ الذُّنُوبَ إِلا أَنْتَ

Ya əzizu ya ğəffaru, iğfir li zunubi və zunubə cəmiil mu`¬mi¬ninə vəl mu`minat, fə¬innəhu la yəğfiruz-zunubə illa ənt –

Tərcüməsi: Ey əziz, ey Bağışlayan, mənim günahlarımı və bütün mömin kişi və qadınların günahlarını bağışla! Çünki günahları Səndən başqası bağışlamaz.

Daha sonra rukuya və səcdələrə gedin.

Sonra Həzrət Rəsuləllah (səlləllahu əleyhi və alih) bu namazın fəziləti barədə buyurur: “Mənim Ümmətimdən hər kim bu namazı qılarsa Səmadan oan belə nida gələr: Ey Allahın bəndəsi! Yeni həyatına başla ki, tövbən qəbul oldu, günahların bağışlandı!, Allah Təalanın Ərşində olan başqa bir mələk isə belə nida edər: Bu namazla sənə, ailənə və əhlinə xeyir-bərəkət gəldi!, Digər bir mələk isə belə buyurar: Ey Allahın bəndəsi! Düşmənlərin Qiyamət günü səndən razı qalacaq! Başqa bir mələ isə deyəcək: Ey Allah bəndəsi! İmanla bu dünyadan köçərsən və ölənə kimi Allahın Dini səndən ayrılmaz, qəbrin sənin üçün geniş və nurani olar! Digər mələk isə belə deyər: Ey Allahın bəndəsi! Səndən narazı olan və sənə qarşı qəzəbli olan valideynlərin artıq səndən razı qaldılar. Və Allah təala sənin bu namazına görə valideynlərini də nəslini də bağışladı, sən həm dünyada həm də axirət evində ruzi cəhətdən genişlikdə olacaqsan. Sonra həzrəti Cəbrail mlələk (əleyhi səlam) belə nida edər: Mən özüm Ölüm Mələyi (həzrət Əzrail əleyhi səlam) ilə sənin yanına gələcəyəm ki, dostluq və mülayimliklə sən ilə rəftar etsin və ölüm sənə pis təsir qoymasın. Həqiqətən də sənin ruhun bədənindən (çox rahat və) salamatçılıqla çıxacaqdır.

Səhabələr Peyğəmbər Əkrəmdən (səlləllahu əleyhi və alih) soruşdular: Ey Allahın Rəsulu! Əgər bir şəxs bu namazı başqa aylarda da qılsa yenə ona bu mükafatlar veriləcəkmi? Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdular: Bəli. Eyni ilə bu savab ona veriləcəkdir...

Bu hədisin əslini Seyyid Tavusun İqbalul Ə'mal kitabında c 2 , səh 20 -21-də (İqbalın tək cildi olan kitabdada: c 1, S 308 də gəlib), ondan da nəql edib Müstədrəkul Vəsail c 6 , səh 396-397-də; ondan da nəql edib Şeyx Cavad Mələki Təbrizi Əl-Muqaribat səh 301-302-də.

Namazın Rahat qılınma qaydası:

Qeyd: Bu namazı qıla bilməyənlər namazı telefondan oxuyaraq və ya bu yazını çap etdirərək kağız üzərindən oxuyaraq qıla bilərlər. İnşaAllah Allah Təala bilməyənlər üçün qəbul edər.

Bazar günü qüsl et və dəstəmaz al.

Dörd rükət (iki rükət-iki rükət sübh namazı kimi) namaz qıl. Hər rükətdə 1 dəfə "Həmd", 3 dəfə "İxlas", 1 dəfə "Fələq" və "Nas' surələrini oxu. Ardınca 70 dəfə "Əstəğfirullahə Rabbi və ətubu iləyh" deyərək istiğfarın sonunda bir dəfə

"Lə həvlə və lə quvvətə illə billəhil-əliyyil-əzim" (Uca və əzəmətli Allahdan başqa güc və qüvvə yoxdur) deyib ardınca bir dəfə

"Yə əzizu yə ğaffər, iğfirli zunubi, və zunubə cəmiil mumininə vəl muminəti, fə innəhu lə yəğfiruz zunubə illə ənt".

Dedikdən sonra rukuya və səcdələrə gedib, ikinci rəkətdən sonra təşəhhüd və salamı verirsən.

Həmd sürəsinin oxunuşu:

1-Bismilləhir-rahmənir-rahim

2-Əlhəmdu lilləhi Rabbil-aləmin

3-Ər-Rahmanir-Rahim.

4-Məliki yəvmid-din

5-İyyəkə nə`budu və iyyəkə nəstəin

6-İhdinəs siratəl-mustəqim

7-Siratəl-ləzinə ən-əmtə ələyhim, ğəyril-məğzubi ələyhim vələd-dallin.

İxlas surəsinin oxunuşu:

"Bismillahir-rəhmanir-rəhim"

1-"Qul huvəllahu əhəd"

2-"Allahus-saməd"

3-"Ləm yəlid və ləm yuləd"

4-"Və ləm yəkun ləhu kufuvən əhəd"

Fələq surəsinin oxunuşu:

Bismillahir-rəhmanir-rəhim

1.Qul əuzu biRabbil fələq.

2.Min şərri ma xələq.

3.Və min şərri ğəsiqin iza vəqəb.

4.Və min şərrin nəffasati fil uqəd,

5.Və min şərri hasidin iza həsəd

Nas surəsinin oxunuşu:

Bİsmilləhir-rahmənir-rahim.

1) Qul əuzu birabbin-nəs

2) Məlikin-nəs

3) İləhin-nəs

4) Min şərril-vəsvəsil-xannəs

5) Əl-ləzi yuvəsvisu fi sudurin-nəs

6) Minəl-cinnəti vən-nəs.

Namazda Təşəhhüdün deyilişi:

"Əl-Həmdu lilləh, Əşhədu ən lə İləhə illəllahu vəhdəhu lə şərikə ləh, və əşhədu ənnə Muhəmmədən Əbduhu və Rəsuluh. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd".

Namazın Salamları:

Əssəlamu əleykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh.

Əssəlamu əleyna və əla ibadillahis-salihin.

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.

Sizin rəyiniz

You are replying to: .
captcha