Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəməndə builki yay proqramlarında Fələstin məsələsi mərkəzi və ideoloji məsələ kimi diqqət mərkəzində olub.
İman, elm və cihadla qarışan yay aylarında Yəmənli gənc nəsillər Yəmənin Ənsarullah hərəkatına bağlı yay təlim mərkəzlərində Quran təlimləri ilə təchiz edilir ki, bəsirət və şüurla dostu düşməndən ayıra bilsinlər, din və İslam xalqı qarşısında məsuliyyətlərini dərk etsinlər.
Bu məsələ yəmənli uşaq və yeniyetmələrin qəlbində elə qurulur ki, Fələstini azad etmək idealı onların şüurunda və qəlbində böyük məqsədə çevrilir...
Ənsarullah Hərəkatının Qadınların Mədəniyyət Şurasının yay kursları komitəsinin üzvü Hana əl-Deyləmi bu kursların məzmunu ilə bağlı Əl-Əhd xəbər saytına müsahibəsində deyib:
“Yay mərkəzlərində Quran hifzi yarışlarından tutmuş İslam cəmiyyətinin problemlərinə toxunan radio və mədəni proqramlara qədər Quran mədəniyyəti ilə bağlı müxtəlif proqramlar təqdim olunur.
Bu mərkəzlər “Əs-Sarxə” şüarının illik mərasimini yaşatmaqla yeniyetmələri Allah düşmənlərindən azad olmaq anlayışı ilə tanış edir. Yarandığı gündən bəri millətin əsl düşmənlərini, yəni Amerika və İsraili hədəf alan bir şüar. Bu şüarın hər təkrarı ilə uşaq və yeniyetmələrin qəlbində müqəddəs bir qəzəb alovlanır.”
Əl-Deyləmi bəzi yay mərkəzlərində mədəniyyət və incəsənət sərgilərinin keçirilməsini də xatırladıb və deyib:
“Bu sərgilər Fələstin xalqının zülmünü təsvir etməklə və Yəmən xalqının qələbə və müqavimətini əks etdirən gələcək nəslin mədəni şüurunun təbliğində mühüm rol oynayır.”
O, qeyd etməklə yekunlaşdırıb:
“Yay kursları düşmənin yumşaq hücumuna qarşı maarifləndirmənin və düşüncənin güclü qalması üçündür. Bu proqramlar Yəmən nəslini Quran Mədəniyyəti çərçivəsində yetişdirməklə onlara əsl azadlıq anlayışını öyrədir. Məsuliyyətli və özünü düşünməyən, təkcə öz şəxsi gələcəyini deyil, İslam xalqının gələcəyini qurmağa çalışan nəsil.”
Sizin rəyiniz