11 may 2025 - 09:58
Səudiyyə vəhhabi rejimi buldozerlərlə Qətifdə Şiə məhəlləsinə hücum edib \ Şiələrin evləri və iş obyektləri dağıdılır

Səudiyyə VƏHHABİ monarxiya rejimi dağıdıcı siyasətlərini davam etdirərək buldozerlər ilə Şilərin kompakt yaşadıqları Qatif şəhərinin Əl-Səvra küçəsinin cənubundakı Əl-Məsudiyyə məhəlləsinə heç bir xəbərdarlıq etmədən daxil olub.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Şiələrin kompakt yaşadıqları Qətif bölgəsində qisas və məcburi köçkünlük siyasətlərini davam etdirən Səudiyyə vəhhabi monarxiya rejimi "İkinci Faza" adı ilə Əl-Səvra küçəsinin cənubundakı Əl-Məsudiyə məhəlləsin viran etməyə başlayıb.

Vəhhabi monarxiya rejiminin Şiələrə qarşı öncəki oxşar basqını Əl-Təvra küçəsinin şimalındakı məhəllələrdə, o cümlədən Bab Əl-Sab, Əl-Qala, Əl-Bəhr və Bab Əl-Şamalda keçirilmişdir. Və Səudiyyə vəhhabi rejimi evlərini viran qoyduğu Şiə sakinləri üçün alternativ mənzil və ya kompensasiya təmin etməmişdir. Bu prosesdə bir çox yerli iş yerləri də dağıdılaraq tam məhv edilmişdir.

Məlumatlara görə, yaxın gələcəkdə Əl-Ayaşi ərazisinin kənd təsərrüfatı torpaqları da vəhhabi rejiminin növbəti hədəfi olacaq.

Qeyd edək ki, vəhhabi terrorçularının bu addımları, öz köklərinə və irsinə dərin bağlı olan Qətif Şiə əhalisinin sosial və mədəni sabitliyini məhv etmk üçün həyata keçirilir.

Sizin rəyiniz

You are replying to: .
captcha