Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA – Xəbər Agentliyi
çərşənbə axşamı

7 noyabr 2017

11:21:30
865220

Qurani Kərim Xəbərləri

İmam Hüseynin (ə) dövranında yazılmış Qurani Kərim

Şaricə Kitab Sərgisində 1300 illik Qurani Kərim nümayiş etdirildi

Birminqam əlyazmalar inistutunun mütəxəssis alimləri Qurani Kərimin qeyd olunan bu nüsxəsi üzərində təhqiqatlar apardıqdan sonra belə bir nəticəyə gəliblər ki, O, 1350 ildən çox bundan öncə Hicaz xətti ilə, yazılıb. Həmçinin bu tədqiqatlarda aydınlaşmışdır ki, dəridən olan bu vərəqlər 13 əsr bundan qabağındır.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Qətərdə Şaircə Kitab Sərgisində dünyanın ən qədim və nadir olan Qurani Kərim nüsxəsi nümayiş etdirilib.

Qətərin Beynəlxalq Şaricə kitab Sərgisi dünyanın ən böyük kitab sərgisidir. Bu sərgidə İslam erasının birinci əsrinə aid olan Qurani Kərimin nüsxəsinin təsviri nümayiş etdirilib.

Yalnız 4 səhifəsi əlimizdə olan bu Qurani Kərimin əsl nüsxəsi 1930-cu ildən etibarən İngiltərənin Birminqam şəhərindəki inistutun kitabxanasında saxlanılır.

Əlyazmalar inistutunun mütəxəssis alimləri Qurani Kərimin qeyd olunan bu nüsxəsi üzərində təhqiqatlar apardıqdan sonra belə bir nəticəyə gəliblər ki, O, 1350 ildən çox bundan öncə Hicaz xətti ilə, yazılıb.

Həmçinin bu tədqiqatlarda aydınlaşmışdır ki, dəridən olan bu vərəqlər 13 əsr bundan qabağındır.

Qeyd edək ki, bu nadir nüsxə İmam Hüseynin (əleyhi səlam) İmamət dövranında yazılmışdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır