Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Deyerler “İslam.ru”-ya istinadən
çərşənbə axşamı

31 oktyabr 2017

08:36:05
863645

Statistika

2030-cu ilə qədər dünya əhalisinin üçdə bir hissəsini müsəlmanlar təşkil edəcək

Müsəlman ölkələrində, habelə qeyri-müsəlman ölkələrində müsəlman ailələrində demoqrafik artımın hələ də yüksək olması, 2030-cu ildə dünya əhalisinin üçdə birini 15-29 yaşlarında müsəlmanların təşkil edəcəyini deməyə əsas verir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, aparıcı dünya tədqiqat institutlarının, Mastercard və "HalalTrip" turizm agentliklərinin birgə apardığı araşdırmanın nəticələrinə görə, 2030-cu ilə qədər dünya əhalisinin üçdə bir hissəsini müsəlmanlar təşkil edəcək.

Məlumata görə, müsəlman ölkələrində, habelə qeyri-müsəlman ölkələrində müsəlman ailələrində demoqrafik artımın hələ də yüksək olması, 2030-cu ildə dünya əhalisinin üçdə birini 15-29 yaşlarında müsəlmanların təşkil edəcəyini deməyə əsas verir.

Təşkilatlar həmçinin bu artımın halal turizmin inkişafına da böyük təkan verəcəyini bildirir. Bunun üçün müsəlman dünyasında turizmin inkişafına böyük investisiya qoyuluşuna çağırılır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır