Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Yenişafak
cümə axşamı

14 sentyabr 2017

18:33:41
854246

Təhlil

Bərzaninin xain planı: Yəhudilər, ərəb və türkmanlardan boşaldılan bölgələrə yerləşdiriləcək - Analiz

PKK-Bərzani üzərindən yaradılan xəritə 25 sentyabr referendumu ilə son şəklini alacaq. Cənub və müsəlman dünyası ilə bütün əlaqəsi kəsiləcək olan Türkiyə sanki girov götürüləcək. Ağ dəniz-İran arasındakı bu dəhliz bölgədəki bütün ölkələrə qarşı qarnizon olaraq istifadə ediləcək. Regionun bundan sonrakı parçalanma planı bu ərazidə toplanacaq xarici ordular ilə aparılacaq.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, PKK-Bərzani üzərindən yaradılan xəritə 25 sentyabr referendumu ilə son şəklini alacaq. Cənub və müsəlman dünyası ilə bütün əlaqəsi kəsiləcək olan Türkiyə sanki girov götürüləcək. Ağ dəniz-İran arasındakı bu dəhliz bölgədəki bütün ölkələrə qarşı qarnizon olaraq istifadə ediləcək. Regionun bundan sonrakı parçalanma planı bu ərazidə toplanacaq xarici ordular ilə aparılacaq.

İsrail orqanları tərəfindən hədsiz dəstəklənən Bərzani-PKK tərəfdaşlığında formalaşan terrorizm dəhlizi sionizmin banisi Teodor Herzlin "Fələstin qədər müqəddəs" dediyi vəd edilmiş torpaqlar üzərində yaradılır. İraq türkman cəbhəsi Türkiyə nümayəndəsi doktor Hicran Kazancı bildirb ki, ata və oğul Bərzaninin Təl-Əviv ilə əvvəllər əlaqələri olub. Bərzani və PKK-nın dövlət yaratmaq xülyasının arxasında əslində İsrailin regionda qarnizon gücü kimi istifadə edə biləcəyi ordu yaratmaq istəyidir.

İsrail rejiminin 1980-cı ildən bəri Suriya və İraqın parçalanmasını nəzərdə tutan layihəsinin mühüm mərhələ keçdiyini deyən türkman cəbhəsinin nümayəndəsi qeyd edib ki, 3 regionda yaradılmağa çalışılan qeyri-qanuni dövlətin iqtisadi dayağı neft üzərindən qurulur. Ərbildə gündə 200 min barrel neft çıxaran Bərzani hökuməti Kərkükə gözünü tikib. Gündəlik 550 min barrel istehsal gücünə malik Kərkük nefti ABŞ İsrail əliylə Bərzaniyə peşkəş vermək istəyir. Kərkükün statusu İraq mərkəzi hökuməti ilə Bərzani arasında ən böyük problemdir.

İraq parlamenti keçirdiyi son müzakirədə Bərzani və 25 sentyabr referendumu məsələsində dəqiq qərarlar alıb. Əgər referendum xülyasından geri addım atılmasa, müharibə variantı da daxil olmaqla bütün yollara əl atılacaq.

Muxtar terror dövləti referendumunun baş aktyoru Məsud Bərzani İraqdan1900-cu ilin əvvəllərində köç etmək məcburiyyətində qalan yəhudiləri İraqa dəvət edib. Fələstində olduğu kimi Bərzani-PKK əməkdaşlığı ilə yaradılacaq sözdə birləşmiş terror dövlətinin ərəb və türkmanlardan boşaldılan bölgələrə yəhudilər yerləşdiriləcək.


İsrail cənhsində canlanma

Suriyanın şərq və şimal bölgələri ilə İraqın şimalında baş verən etnik zəmində separatçı dövlət elanı cəhdlərinə paralel olaraq İsrail cəbhəsində canlanma yaranıb. Son 3 ayda Kiprin Rum seqmenti, Nəcəf səhrası və Colan bölgəsində hərbi təlimlər keçirən İsrail tarixinin ən böyük hərbi təlimlərindən birini 4-7 sentyabr tarixləri arasında Livan sərhədində həyata keçirib. İsrail-ABŞ və regional müttəfiqlərin Livan-Dəməşq-Bağdad-Tehran xəttinə qarşı tam müdaxilə hazırlığında olduğu bildirilir.


Ərəb Birliyi: Konstitusiyaya zidddir

Ərəb Birliyi İraq Kürd Regional Rəhbərliyinin sentyabrın 25-də həyata keçirməyi planlaşdırdığı müstəqillik referendumunu rədd etdiklərini və bunun qanuni olmadığını bildirib. Ərəb Birliyi baş katibi Əhməd Əbu Qeyt Misirin paytaxtı Qahirədə keçirilən Ərəb Birliyi Xarici İşlər Nazirləri 148-ci toplantısında bildirib ki, kürdlərin ərəb xalqlarının içərisində nəcib bir icma olaraq qalmalarını bütün qəlbimlə arzulayıram, kürdləri İraqın ərazi bütövlüyünü və konstitusiyasını qorumağa çağırıram.


Qanunsuz referenduma legitimlik örtüyü

İraq Kürd Regional Rəhbərliyi qeyri-qanuni müstəqillik tərəfdarı olan kürd siyasi partiyalar İraq parlamenti tərəfindən də rədd edilən referenduma hüquqi bir status qazandırmaq məqsədilə məsələnin həllini, regional məclisin iclasını keçirməkdə gördü. Siyasi böhrana görə iki ildir toplanmayan parlament referendum mübahisələri kölgəsində yenidən bu gün toplanacaq.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır