Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : İslamın Sesi
çərşənbə

6 sentyabr 2017

07:44:15
852667

Araşdırma

Dirazzurun muhasirədən çıxarılması ABŞ-ın Yaxın Şərq planını necə alt-üst etdi? (Təhlil)

Rəsmi Vaşinqton daima bölgədəki müttəfiqlərini İran xofu və “Şiə Hilalı” təhlükəsi ilə qorxutmağa və bunun vasitəsilə onlara külli miqdarda silah satmağa çalışıb. Bu tendensiya “Ərəb Baharı”ndan doğan münaqişələr zamanı maksimum həddə çatdı. Amma bu kifayət etmirdi. İsrail ətrafında olan ölkələrin hamısı bir yolla zəifləməli müstəqil siyasətindən əl çəkməli idilər.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Deyrazzur şəhərinin İŞİD-in 3 illik muhasirəsindən çıxarılması ABŞ-ın və sionizmin Yaxın Şərqlə bağlı planlarını alt-üst etdi.

Ötən gün (5 sentyabr) Suriya münaqişəsinin tarixində əlamətdar bir gün kimi tarixə düşdü. Bu gün də Hələbin azad edilməsi (22 dekabr 2016) günü kimi Suriya münaqişəsinin məcrasında mühüm dönüş nöqtəsi yaratdı. Əgər Hələbin azad edilməsi Yaxın Şərqdəki müqavimət mehvərinin müdafiədən hücum mərhələsinə keçməsini təmin edirdisə, Deyrazzurun azad edilməsi həmin müqavimət mehvərinin Suriyada qələbəsi demək idi. Əlbəttə bu tam qələbə deyil, lakin ABŞ və imperializmin və onların bölgədəki əlaltısı Sionist rejimin Yaxın Şərqlə bağlı planının üzərindən xətt çəkmiş oldu.

Yaxın Şərqdə və Şimali Afrikada “Ərəb Baharı” dalğası ABŞ-ın bölgədə yeni planlara əl atmasına səbəb oldu. “Ərəb Baharı”ndan öncə Yaxın Şərqdə xarici siyasi kurs baxımından əsasən iki cəbhələşmə mövcud idi. Müqavimət mehvəri və buna mane olan “Mümaniət” mehvəri. Müqavimət cəbhəsində olan ölkələr ABŞ-dan müstəqil siyasət yürütməyə xüsusilədə Fələstin məsələsində barışmaz mövqe tutmaqda israrlıdırlar. Lakin qarşı cəbhəyə daxil olan müsəlman ölkələri müstəqil xarici siyasətə malik olmadığından ABŞ-ın təzyiqi ilə birinci cəbhəyə mane olmağa çalışırdılar. 2011-ci ildən sonra Suriya, İraq, Yəmən, Bəhreyn, Misir, Liviya və sair ölkələrdə sabiq cəbhələşmə yerini məzhəblərarası qarşıdurmaya və radikal qrupların qarşıdurmasına vermiş oldu. Bu, amil ABŞ üçün bölgədə yeni geosiyasi vəziyyət yaratmaq, sözügedən müqavimət cəbhəsini zəiflətmək, sarsıtmaq və ya onu aradan götürmək fürsəti verirdi.

Rəsmi Vaşinqton daima bölgədəki müttəfiqlərini İran xofu və “Şiə Hilalı” təhlükəsi ilə qorxutmağa və bunun vasitəsilə onlara külli miqdarda silah satmağa çalışıb. Bu tendensiya “Ərəb Baharı”ndan doğan münaqişələr zamanı maksimum həddə çatdı. Amma bu kifayət etmirdi. İsrail ətrafında olan ölkələrin hamısı bir yolla zəifləməli müstəqil siyasətindən əl çəkməli idilər.

Suriya munaqişəsi Müqavimət cəbhəsini çətin vəziyyətlə üzbə-üz qoydu. Belə ki Suriya dövlətinin aradan getməsi ilə İraq ordusunun geriləməsi ilə İranla Livan və Fələstin arasında coğrafi bağlar qırılmalı, bölgədə yeni və uzunmüddətli münaqişə ocaqları yaranmalı və nəticə etibarilə İsrail Sionist rejimin uzunmüddətli təhlükəsizliyi təmin edilməli idi.

Buna görə Suriya-İraq sərhədində yerləşən Dirazzur əyalətinin inzibati mərkəzi Dirazzur şəhərinin İŞİD-in muhasirədən çıxarılması və azad edilməsi münaqişənin dönüş nöqtəsi sayılır. Bundan öncə Suriya-Livan sərhədinin Hizbullahın və iki ölkə ordusunun vasitəsilə “ən-Nusra Cəbhəsi” və İŞİD-dən təmizlənməsi də Dirazzur qədər əhəmiyyət daşıyır. İki ay öncə Suriya Ordusu və müttəfiqləri səhradan və ABŞ-ın intensiv hava zərbələrindən keçərək İraq sərhədlərinə çata bildilər və beləcə 4 ildən sonra ilk dəfə olaraq, Suriya Ordusu ilə İraq Ordusu sərhəddə bir-birinə çatdılar. Amma indi Dirazzurun azad edilməsi isə Muqavimət cəbhəsdinin coğrafi baxımdan birləşməsini təsbit edə bildi.

Vaxtilə İŞİD-də (2014 iyun) bu sərhədlərə çatanda torpaq maneələrini yararaq Says-Piko anlaşnasını məhv etdiyini və yeni “dövlət” yaratdığını bildirdi. Bu, “dövlət” həmin məşum plan idi. Həmin plan və həmin “dövlət” ki, ABŞ və Sionizmin bölgədəki rəqibi olan Müqavimət cəbhəsini hədəfə almışdı.

Dirazzurun azad edilməsi Suriya dövlətinin əlinin ölkənin uzaq şərqinə çatmasını da təmin etdi. Bu irəliləyişlə İŞİD Suriyadakı ən böyük və ən son əyalət mərkəzini əldən vermiş olacaq. Həmçinin ABŞ-ın dəstəklədiyi və kürdlərin başçılıq etdiyi “Suriya Demokratik Qüvvələri”nin və YPG-in Suriya ərazisində cənuba doğru irəliləməsinin qarşısını alacaq. Dirazzurda hava limanının təhlükəsizliyinin təmin edilməsi Suriya-İraq sərhədlərində aparılan əməliyyatların sürətini artıracaq. Dirazzurun azad edilməsi hazırda ordunun irəlilədiyi İordaniya sərhədlərindəki əməliyyatları da sürətləndirəcək.

 

Samid Paşa

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır