Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Feysbuk
şənbə

27 may 2017

15:30:13
832308

Oxuyun, baxın və rahat yatın

İRAN- İSRAİL ƏLAQƏLƏRİ - ARAŞDIRMA

Bəlkə torpağını qoruya biləcək sənə yardım edən qonşu dövlətlərin ordusunu Azərbaycandan çıxarmaq, İranın yardımını qəbul eləməməyin nəticəsi yaxşıdır? Nəticəsini gördük. İki əlli Qarabağı ermənilərə təhvil verdilər. Hələ Elçibəy ağılda olanlar onun bu əməllərini vətənpərvərlik nümunəsi kimi dəyərləndirib öz cılız ağılları ilə İranda nöqsan axtarmağa çalışırlar.

Son vaxtlar sosial şəbəkədə Turançı və ziddoşlar yenə köhnə küllükləri eşələyib movzu atıblar ortalığa ki, İran İraq müjaribəsi zamanı İran sionist İsrail rejimi ilə hərbi əməkdaşlıq edib silah alıb. Bu əqidəyə görə ziddir.

Necə olur ki İran İslam Respublikası İslam düşmənlərindən silah alır? «Axı bu İslam ölkəsidir» deyirlər... Belləlikıə də İranı ikiüzlü bir dövlət kimi təqdim etmək istəyirlər.

İran-İraq müharibəsi zamanı İran İsraildən və ABŞ-dan silah alıbmı?

Sadəlöhv insanların qarşsında bu yarımçıq suall və faktları ortaya qoyanda məlumatsız, düşüncəsiz insanlar inanır. Bəziləri isə dərinə gedib bu hadisələrin səbəbini də öyrənmək istəmirlər.

Bəli, İran ABŞ-dan silah alıb və məhz ABŞ İsraili vasitəçi kimi seçib. Bu iş İslamla necə uzlaşa bilər? Bilər və cavabını da oxuyun.

İran Silahlı Qüvvələri Şahın vaxtında demək olarki tamamən ABŞ, Britaniya, Almaniya silahları ilə təchiz olunmuşdur. Daha doğrusu ordunun çox hissəsi. Təyyarələr, tanklar, artilleriya vasitələri, tank əleyhinə qurğular və s. Şah axır-axırda Sovet ittifaqındanda silah alırdı. Düzdür bu silahların çoxusu İraqla müharibə başlayanda tozlanmış vəziyyətdə ambarlarda dururdu. Bunlardan doğru düzgün istifadə etməyi hələ öyrətməmişdilər. Öyrədilənlər də əsasən ABŞ və Britaniya istehsalı olan silahları istifadə edirdi. Müharibə başlayanda İran ordusu müharibənin aktiv fazasında silahın, sürsatın və ehtiyyat hissələrinin çatışmamazlığı ilə üzləşdi. İran embargo vəziyyətində müharibə aparırdı. Elementar olaraq qırıcı təyyarələr üçün ehtiyyat təkərlər belə yox idi.

İraq ordusu texniki cəhətdən daha güclü təchiz olunmuşdur və texniki üstünlüyə malik idi. Tankların sayına görə İraqın demək olar ki üç qat üstünlüyü var idi. 1985-86-cı illərdə İran ordusunda demək olar ki “silah aclığı” başladı. İraq ordusun hücumlarını durdurmaq çox çətin idi. Yüzlərlə tankın qarşısına İran əsgərləri adi qumbaraatan “RPG” ilə çıxırdılar. Məsələ belə qoyulmuşdur ki ya İran məğlub olacaq, torpaqları işqal olunacaq, İslam Respublikası məhv olacaq, ya da ki hər nə yolla olursa olsun silah çatışmamazlığı aradan qaldırmalıdır. Səddam Hüseynin tank ordularının qarşısı alınmalıdır.

Buna görə də Livanda Hizbullah dəstələri İranın göstərişi ilə ABŞ-ın Livandaki diplomatlarını, əsgərlərin, zabitlərini girov götürməyə başladı. Eyni zamanda İsrailin təcridxanalarında Hizbullahın üzvləri saxlanılırdı. Bu yolla İran ABŞ-ı məcbur elədi ki İran ordusuna müxtəlif silahlar versin, məsələn tank əleyhinə raket qurğuları, ehtiyyat hissləri və s. Girovlar götürüləndən sonra ABŞ İranla danışıqlara başladı. İran siyasətçiləri demək olar ki düşməni barmağına sarıyıb maharətlə aldatdılar. Düşməni ki aldatmaq olar... Yoxsa buna da ilişəcəklər? Yoxsa əvvəldən xəbərdarlıq etməli idilər ki, sizinkiləri girov götürüb silah tələb edəcəyik?

ABŞ elə bildi ki İranda mülayim islamçılarla iş görə biləcək və belə “mülayim islamçıları” İran onlara təqdim etdi. Bəzi “mülayim islamçılar” qərblilərə deyirdi ki İran müharibədə uduzsa ora Sovet dövləti yiyələnəcək və ölkə sovetlərin müstımləkəsinə çevriləcək... Əlbətdə ki bu İranı eyni zamanda bir neçə yerdən gələ biləcək zərbələrdən qorumaq üçün siyasi gedişlər idi. Onlar danışıqlar apardılar və bir qrup girov buraxıldı. Əvəzində İran lazım olan silahları aldı. Bununla birgə İsraildə təcridxanalarda saxlanılan Hizbuıllah döyüçüləri də azad edildi. İsrail burda hansı rol oynayıb? Ancaq vasitəçi rolunu. ABŞ-dan İsrailə tapşırıq gəldi ki orda olan ambarlardan İrana silah verilsin və bunun əvəzində ABŞ İsrailə həmin silahları verəcək. Belə də oldu. İran və Hizbullah bir neçə dəfə ABŞ-ın siyasi və hərbi adamlarını girov götürüb silah aldı. Silahların bir qismini İran pulla da alırdı. Lakin bu işlər də çox çəkmədi. Bu pullar amerikalılar tərəfindən qeydə alınmadan Nikaraquada baş verən üsyana xərclənirdi. ABŞ orda hakimiyytə qarşı olan üsyanı dəstəkləyirdi. Bunu ABŞ-da pərdəarxasında olan bəzi hərbiçilər təşkil etmişdir. Bu məsələnin üstü açılanda İranla gizli silah satışı durduruldu.

İndi kimsə deyirsə ki ABŞ və İsrail gizli olaraq İrana dəstək verib və bu ölkələr əslində düşmən deyil bu suallara cavab versinlər. Necə olur ki gizli dostlar bir birinin adamlarını girov götürür, bir birinə embarqo tətbiq edir? Necə olur ki ABŞ İraqı İranın üstnə püskürdür? Və İran səkkiz il müharibə edir? Belə dostluq olar? Əlbətdə ki yox. İran ABŞ-ı və İsraili məcbur edib ki onlar silah versinlər. Məcbur edib... Xaiş edib, istəməyib ki... Düşmənə qarşı bu iş tamamilə dəstəklənir. Çünki İrana silah satışı ABŞ-a və İsrailə ziyandır, onların bu embargo işində məğlubiyyətidir. Nəticədə Səddam Hüseyn heçnə edə bilmir. İran eyni bu cür danışıqlar aparıb SSRİ-dən də silah və texnika alıb. Ölkəni və İslam Respublikasını qorumaq üçün başqa yol yox idi. Məcburi vəziyyətdə bu kimi işlər nəinki haramdır, hətta vacibdir. İran ABŞ-a və İsrailə qul və kölə olmayıb ki bəzi ölkələr kimi. Bəzi ölkələr İsrailin müstəmləkəsinə çevrilib onlardan silah alır, İran isə bu iki ölkəni məcbur edir alır. Mələdə-mələdə alır! Fərqi ancaq gözü və qəlbi kor olanlar görməz.

İran məcbur edir ki bu iki ölkə öz siyasi maraqlarına qarşı iş görsünlər. Bu iş nəinki tənqid olunmamalıdır, əksinə belə işi ancaq zirəng və ağıllı müsəlman görə bilər. Bu təqdirə layiq işdir. Başqa misal gətirim. İndi kimdir günahkar Rusiyadan gizli yolla silah alıb ruslara qarşı döyüşən çeçenlər yoxsa bəzi satqın rus hərbiçiləri? Əlbətdə ki bu çeçenlərin uğuru idi ki onlar rusdan silah alıb onlara qarşı isitfadə edirdi. Ermənistan müharibə vaxtı Azərbaycandan neft alıb. Bu faktlar var. İndi hansı axmaq erməni durub Ermənistan hakimiyyətini qınayacaq ki “ay satqın hakimiyyət niyə Azərbaycandan neft almısan?”. Əksinə... Normal düşüncəyə malik olan erməni bu işi təqdirə layiq hesab edəcək ki Azərbaycandan yanacaq alıb Azərbaycan torpaqlarını işqal eləyiblər. İqtidarı bu işdə tənqid edən erməniyə bir cavab var: “ay axmaq danabaş, nefti onlardan alıb onlara qalib gəlmişikdə, onlardan silahı alıb onlara qalib gəlmişikdə...”.

Bəlkə torpağını qoruya biləcək sənə yardım edən qonşu dövlətlərin ordusunu Azərbaycandan çıxarmaq, İranın yardımını qəbul eləməməyin nəticəsi yaxşıdır? Nəticəsini gördük. İki əlli Qarabağı ermənilərə təhvil verdilər. Hələ Elçibəy ağılda olanlar onun bu əməllərini vətənpərvərlik nümunəsi kimi dəyərləndirib öz cılız ağılları ilə İranda nöqsan axtarmağa çalışırlar.

Əgər düşməndən dövlət mənafeyi üçün silah almaq qəbahətdirsə, niyə İranı düşmən bilənlər onu qınayaraq deyir ki, "Qarabağı almaqda İran bizə yardımçı olmur?" Guya bu toraq qədri biləndir...

İranın başında oturanlar "Qarabağı İran bizə alıb verəcəksə qoy Ermənidə qalsın" deyən Elçibəy kimi küt düşüncə sahibi deyillər. İranın 3000 illik dövlətçilik tarixi var. Onlar dövlətin mənafeyini güdür daha sizin rəhbərlər kimi şəxsi ambisiyalarına görə qeyrətlərini erməniyə təhvil vermir.

İndi Azərbayacndaki bəzi hoqqabazlara sual verim.

Siz İsraildən silah alıb Ermənistana qalib gələ bilmisiniz ki İranla müqaisə edirsiniz?

Siz İsraili məcbur edib ondan silahı almısınız yoxsa yalvara-yalvara, onların hərbi sənayesinə rüşvət verə-verə ki burda hakimiyyətə dəstək olsunlar? Bu 5 mlrd dollarlıq silah sənin nəyivə lazımdır ki sənin onun tətbiq etmək üçün kimdənsə icazə alırsan, müharibə üçün kiminsə razılığını gözləyirsən? Sən hara, İran hara... Fərqi görməyən taxtabaşlar, buna cavab verə bilər?

Nəzərə alsaq ki, Səddam rejimi ABŞ və Ərb ölkələrindən İranı məhv etmək üçün milyardlarla silah-sursat yardımı və canlı qüvvə alırdı, ABŞ diplamatlarının başına da sıxmağa haqqı var. Hələ ABŞ təşəkkür eləsin ki, sağ-salamat geri qaytarıb.
“İran ABŞ-dan və İsraildən silah alıb” deyirlər... Bizdə deyirik ki əcəb edib. Çox gözəl iş görüb. Düşməndən siılah alıb, onun itinə qarşı istifadə edib. Nəyidir pis? Bundan ki ziyan çəkən İrandır yoxsa onun düşmənləri? Əlbətdə ki düşmənləri. Ona görə faktları baş ayaq təqdim edib məsələni tərsinə göstərmək lazım deyil. Paylaşılan video isə yazdıqlarıma sübutdur.



Əkrəm Hacızadə

BƏYƏNİB PAYLAŞIN ki, haqq hamıya çatsın.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır