28 mart 2017 - 00:15
Axıril-zamanın əlamətləri: Qorxu, hidayətsizlik, fəsad, övladsızlıq, ani ölümlər, müharibə və qətllər

Muhəmməd ibni Müslim nəql edir ki, İmam Baqirə (əleyhi səalm) dedim: “Ey Allah Rəsulunun (səlləllahu əleyhi və alih) oğlu! Sizin Qaim (Allah Taala Onun şərəfli gəlişini tezləşdirsin) nə zaman zühur edəcəkdir?”. İmam (əleyhi səlam) buyurdu: “O zaman ki, kişilər özlərini qadınlara və qadınlar özlərini kişilərə bənzədərlər”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyi- Dinlərin nəzərinə görə, axıril-zaman o zamandır ki, heyrətləndici və böyük hadisələr baş verəcəkdir. Bu dövr – dünya həyatının indiki səpkidə davam etməsinin sonu olan dövrdür ki, ondan sonra yeni bir dövr başlayacaqdır. Bu sonrakı dövr bizim yaşadığımız indiki dövr ilə fərqli olacaqdır. İlahi dinlər bu dövrdə o kəsin zühurunu xəbər verirlər ki, Yer üzündəki zülmü aradan aparacaq və yerini ədalətlə dolduracaqdır.

İslam dininin nəzərinə görə isə axıril-zamanda zühur edəcək şəxs - İmam Məhdidir (Allah Taala Onun şərəfli gəlişini tezləşdirsin). Hər bir intizarda olan müsəlmana axıril-zamanın əlamətlərini bilmək zəruridir ki, öz təklifini və vəzifələrini müəyyən edə bilsin.

Hədislərimizdə axıril-zaman üçün bəzi əlamətlər bəyan edilmişdir ki, onlara işarə edək:

1. Cəmiyyətdə qorxu artacaq. İmam Baqir (əleyhi səlam) buyurur: “Həzrət Qaim (Allah Taala Onun şərəfli gəlişini tezləşdirsin) qiyam etməz, məgər qorxu ilə dolu bir dövranda”. İmam (əleyhi səalm) başqa yerdə buyurur: “Məhdi (Allah Taala Onun şərəfli gəlişini tezləşdirsin) o zaman qiyam edəcəkdir ki, cəmiyyətin rəhbərlik işləri zalımların əlində olacaqdır”.

2. Məscidlərin hidayətdən boşalması. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) axəril-zamandakı məscidlər haqqında buyurur: “Həmin zamanın məscidləri abad və gözəldir. Ancaq hidayətdən orada xəbər yoxdur”.

3. İnsan hissləri soyuyar. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: “O ruzigarda böyüklər əlinin altında olanlara və kiçiklərə rəhm etmirlər, qüvvətli zəifə rəhm etməz. O zaman Allah ona (Qaimə (Allah Taala Onun şərəfli gəlişini tezləşdirsin)) zühur üçün izn verər”.

4. Əxlaq fəsadları artar. Muhəmməd ibni Müslim nəql edir ki, İmam Baqirə (əleyhi səalm) dedim: “Ey Allah Rəsulunun (səlləllahu əleyhi və alih) oğlu! Sizin Qaim (Allah Taala Onun şərəfli gəlişini tezləşdirsin) nə zaman zühur edəcəkdir?”. İmam (əleyhi səlam) buyurdu: “O zaman ki, kişilər özlərini qadınlara və qadınlar özlərini kişilərə bənzədərlər”.

5. Övladı az arzu etmək. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: “Qiyamət bərpa olmaz, o zamana qədər ki, beş övlad sahibi dörd övlad sahibi olmağını arzu edər və o kəsin ki, 4 övladı olar deyər: “Ey kaş 3 övladım olaydı”. O kəsin ki, 2 övladı olar, 1 övladı arzu edər. O kəsin ki, bir övladı olar, arzu edər ki, ey kaş övladım olmayaydı”.

6. Ani ölümlər. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: “Qiyamət bərpa olmaz o zamana qədər ki, ağ ölüm zahir olar”. Soruşurlar ki, ağ ölüm nədir? Buyurur: “Ani ölüm”.

7. Müharibələr və qətllər. İmam Rza (əleyhi səlam) buyurur: “İmam Zamanın (Allah Taala Onun şərəfli gəlişini tezləşdirsin) zühurundan əvvəl davamlı qətllər baş verəcəkdir”.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır