8 mart 2017 - 15:14
Bəhreyn xalqı 261 gün Ayətullah İsa Qasımın evinin qarşısında aksiya keçirib

Bəhreyn xalqı Ayətullah İsa Qasımın evinin ətrafında keçirdikləri oturaq aksiyasını 261 gündür ki, davam etdirir.

 Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata əsasən Bəhreyn xalqı Ayətullah İsa Qasımın evinin ətrafında keçirdikləri oturaq aksiyasını 261 gündür ki, davam etdirir. Bəhreyn xalqı ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasıma verdikləri dəstəklərini davam etdirəcəyini açıqlayıb.

Nümayişçilər Ali Xəlifə rejiminə qarşı şüarlar səsləndirərək, Ayətullah İsa Qasıma qarşı ittihamların tamamilə ləğv olunana qədər nümayişlərini davam etdirəcəklərini bildiriblər.

Diqqət!Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.

Tags