Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, böyük əksəriyyətini Şiələr təşkil edən Bəhreyndə ölkəyə qanunsuz hakim kəsilmiş vəhhabi rejimin güc strukturları bu gün 21 Fevral tarixində yerli vaxtla 08:00 radələrində Şəhid etdikləri cavanın cəsədini ailə üzvlərinə geri qaytarıblar.
Şəhid olmuş Abdullah Əcuzun valideynləri övladının necə Şəhid edilməsi haqda danışaraq belə deyib: “Ötən gün səhər radələrində üzü bağlı bir neçə şəxs mülki geyimdə polis məmurları ilə birlikdə Nuveydirat məntəqəsində yaşayan ailələrin mənzillərinə qanunsuz yürüş edərək odlu silahlardan atəş açmağa başladılar. Oğlum Abdullah isə onlar tərəfindən həbs edildikdən sonra baş və sinə nahiyyəsindən polis məmurları tərəfindən aldığı odlu silah yaralarından sonra Şəhid edilib.”
Abdullah Əcuzun qohumlarından biri isə, belə bildirib: “Bəhreyn Daxili İşlər Nazirliyi Şəhid Abdullahın ailəsinə təziq göstərərək övladlarının cəsədini bu gün (21 Fevral) səhər radələrində təhvil alaraq dəfn etmələrini tələb edib. Eyni zamanda qeyd etməliyik ki, Tibbi Eksperdisiyanın rəyində göstərilir ki, Abdullah Əcuz üş mərtəbəli binanın damından yıxılaraq vəfat edib. Amma fakt isə tam başqadır. Çünki Şəhid Abdullahın yaşadığı məntəqədə ümumiyyətlə üç mərtəbəli bina yoxdur”.








Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır