Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreynin nüfuzlu Şiə ruhanisi və Həzrət Zeynul-Abidin (əleyhi səlam) adına Elmi Hövzənin müdiri höccətül İslam vəl Müslimin Şeyx Muhəmməd Cavad əl-Şəhabi altı ay məhbəs həyatı sürdükdən sonra qanunsuz Ali Xəlifə rejiminin zindanından azad olub.
Mövcud qeyrileqal Xəlifə rejimi Şeyx Muhəmməd Cavad əl-Şəhabini Bəhreyn İnqilabının Mənəvi Atası, tanınmış ruhani Ayatullahı Şeyx İsa Qasimə dəstək verdiyinə görə həbs edərək iki il azadlıqdan məhrum etmişdir.
Bəhreynlilər mübariz ruhani Şeyx Muhəmməd Cavad əl-Şəhabini əl-Diraz məntəqəsində yerləşən Molla Məhdi əl-Şəhabi Hüseyniyyəsində qarşılayıblar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır