Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreyn hakim kəsilmiş Ali Xəlifə rejiminin ən böyük müxalif təşkilatlarından olan "əl-Vifaq" cəmiyyətinin həbsdə olan sədri Şeyx Əli Salman BMT İnsan Haqqları Şurasına etiraz məktubu ünvanlayaraq Xəlifə sülaləsinin ölkədəki Şiə müsəlmanlarına qarşı ayrı-seçkilik etdiyini və BMT-nin buna göz yümmasını qınayıb.
"Bəhreyn xalqı öz haqqını hökumətdən tələb edir. Xalqın istəyi demokratiyadır. BMT İnsan Haqqları Şurası Bəhreyn hakimiyyəti barədə addımlar atmalıdır", deyə Şeyx ƏIi Salman məktubunda vurğulayıb.
Məlumata görə, BMT-nin İnsan Hüquqları Üzrə Ali Komissarlığı da, Şeyx ƏIi Salmanın ünvanladığı məktubun davamında Bəhreyndə İnsan hüquqlarının pozulmasının səngiməməsini tənqid edib.
BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd ibn Raad əl-Hüseyn dünən məsələ ilə bağlı verdiyi açıqlamada Bəhreyndə insan hüquqlarının pozulmasını pisləyərək, həbslərin hələ də davam etdirilməsi, xalq etirazlarının qarşısının alınması və ölkədəki mövcud humanitar hüquqların faciə səviyyəsinə çatdığını açıqlayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır