Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən Silahlı Qüvvələrinin Spikeri general Yəhya Səri, Amerika-Britaniya koalisiyasının Yəmənə qarşı son təcavüzlərinin də iflasa uğraması ilə bağlı bəyanat yayımlayıb.
Bəyanatda deyilir: “Qırmızı Dənizdə yerləşən Amerika-Britaniya koalisiyasının USS Harry Truman aviadaşıyıcısının və onun bir sıra esmineslərinin ölkəmizə qarşı başlatdıqları avia hücumlarına cavab olaraq düşmən mövqelərinə qarşı uğurlu əməliyyat keçirilib.
Əməliyyat səkkiz qanadlı raket və 17 pilotsuz təyyarə ilə həyata keçirilib və əməliyyat aşağıdakı nəticələrə gətirib çıxarıb:
Birinci: Esmineslər Yəmən pilotsuz təyyarələri və raketləri ilə qarşılaşmağa çalışarkən F-18 təyyarəsini vurub.
İkinci: Düşmən döyüş təyyarələrinin çoxu Yəmənin hava məkanını tərk edərək USS Harry Truman aviadaşıyıcısını müdafiə etmək məqsədi ilə beynəlxalq sulara keçmək məcburiyyətində qalıblar.
Üçüncü: Düşmənin Yəmən ərazisinə hücumu uğursuzluqla müşahidə olundu.
Dördüncüsü: USS Harry S. Truman təyyarədaşıyan gəmisinin raket qüvvələri, dəniz qüvvələri və hava qüvvələri dəfələrlə hücuma məruz qaldıqdan sonra sabiq qərar tutduğu bazasından Qırmızı dənizin şimalına yönləndirilərək geri çəkilmək məcburiyyətində qalıb.
Yəmən Silahlı Qüvvələri Amerika-İngiltərə təcavüzü ilə üzləşməkdə və hücumların qarşısını almaqda uğurlarını təsdiq etməklə yanaşı, qarşıdakı dövrdə Amerika-İngiltərə-İsrail axmaqlığına qarşı durmağa hazır olduqlarını bir daha vurğulayırlar.
Yəmən Silahlı Qüvvələri, İsrail və Amerika düşmən qüvvələrini Yəmənə qarşı təcavüz etməkdən bir daha xəbərdar edir və Yəmənin müdafiəsi üçün tam hüquqlarından istifadə edəcək və Qəzzaya qarşı aparılan təcavüz dayandırılana və mühasirə götürülənə qədər Fələstin xalqına dəstəyini davam etdirəcəklər.
Səna, 21 Cümədül-axirə, hicri 1446-cı il
22 dekabr 2024-cü il
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!