Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

25 iyul 2023

14:15:00
1382188

Həşd əş-Şaabi Könüllü Qüvvələri 30-dan çox bölgədə təhlükəsizlik əməliyyatları aparır

Məhəmməd Əl-Təmimi: Bu ərazilərin təhlükəsizliyinin gücləndirilməsi əməliyyatı 3 paralel şəkildə həyata keçirilir.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, “Haşd əş-Şaabi komandirlərindən olan Məhəmməd Əl-Təmimi “Əl-Malumə” ilə müsahibəsində deyib:

“Məhərrəm ayının Aşura günü yaxınlaşdıqca Həşd Şaabi qüvvələri Diyalə vilayətinin şimal və şimal-şərqində şəhər, kənd və böyük qəsəbələr də daxil olmaqla, terrorçulardan azad edilən 30-dan çox bölgənin təhlükəsizliyini gücləndirmək üçün əməliyyata başlayıb.”

O, vurğulayıb:

“Bu ərazilərin təhlükəsizliyinin gücləndirilməsi əməliyyatı 3 paralel şəkildə həyata keçirilir. Bu əməliyyatda biz nəqliyyat məntəqələrinin təhlükəsizliyini təmin etmək və hər hansı təxribat və sızma əməliyyatları ilə mübarizə aparmaq üçün ordu və polis qüvvələri də daxil olmaqla digər təşkilatlarla koordinasiyaya davam etdiririk.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!