Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, İran İslam Respublikasının Xarici İşlər Naziri Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri ilə telefon danışığında İsveç və Danimarka ölkələrində Qurani-Kərimin təhqir olunmasını qətiyyətlə pisləyərək, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin təcili iclasının keçirilməsini istəyib.
O, Qurani-Kərimi təhqir edənlərlə ciddi məşğul olmağın vacibliyini vurğulayıb.
Hüseyn Əmir Abdullahyan Fars körfəzi regionunun təhlükəsizliyini İran İslam Respublikası üçün vacib sayıb və deyib:
“Region ölkələri xarici qüvvələrin müdaxiləsi olmadan regionun təhlükəsizliyini təmin etməyə qadirdir.”
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!