20 iyul 2023 - 21:58
Hindistanda torpaq sürüşməsi baş verib, azı 5 nəfər ölüb

Hindistanın Maharaştra ştatında baş verən torpaq sürüşməsi nəticəsində azı 5 nəfər ölüb, 30-dan çox sakin dağıntılar altında qalıb.

bu barədə yerli NDTV telekanalı məlumat yayıb.

Dağıntılar altından 75 nəfərin xilas edildiyi bildirilir.

Xilasetmə əməliyyatına Mumbaydan, eləcə də ştatın digər şəhərlərindən əlavə qüvvələr cəlb edilib.

342/