Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

20 iyul 2023

11:25:00
1380781

Ayətullah Nuri Həmədani: Bəzi insanlar əzadarlıq və yas məclislərinin sekulyarlaşdırılmasını istəyirlər

Bəzi insanlar əzadarlıq mərasimlərinin sekulyarlaşdırılmasını istəyirlər. Qeyd edək ki, Əhli-beyt (əleyhissalam) daim zalıma qarşı olub, azğınlıq və zülm qarşısında susmayıb. Bu gün ABŞ və sionizim kimi təkəbbürlü qüvvələrin bəşəriyyətə necə zülm etdiyini, İslam ölkələrini necə məhv etdiyini hamımız görürük, bunları bəşəriyyətə tanıtdırmaq lazımdır.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Ayətullah Nuri Həmdani Elmi Hövzələrin bir qrup dəvətçiləri və mübəlliğləri ilə görüşündə moizə etməyin zəruriliyinə və onun İslam maarifinin və Əhli-Beyt (əleyhimus-salam) mədəniyyətinin yayılmasındakı roluna işarə edərək bildirib:

 “Dəvətçilərdən xahiş edirəm kiberməkanda olan şübhələri müəyyən etsinlər və gənc nəslə hərtərəfli araşdırma ilə cavab versinlər və bu təhlükəni fürsətə çevirsinlər. Bu gün indiki şəraitlə təbliğat üləma və ruhanilərin ən mühüm vəzifəsidir... Yadımdadır ki, böyük ustadımız Ayətullah Uzma Burucerdi (Allah ona rəhmət etsin) “bəhailiklə” mübarizənin bayraqdarına çevrildi və bizə bu azğın məzhəb haqqında maarifləndirməyi vacib etdi. Mən də vəzifəmə icra etmək üçün Elmi Hövzələrdə təşkilatçılıq edərək elmi məcllislər təşkil etdim.

O, daha sonra deyib:

“Bəzi insanlar əzadarlıq mərasimlərinin sekulyarlaşdırılmasını istəyirlər. Qeyd edək ki, Əhli-beyt (əleyhissalam) daim zalıma qarşı olub, azğınlıq və zülm qarşısında susmayıb. Bu gün ABŞ və sionizim kimi təkəbbürlü qüvvələrin bəşəriyyətə necə zülm etdiyini, İslam ölkələrini necə məhv etdiyini hamımız görürük, bunları bəşəriyyətə tanıtdırmaq lazımdır.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!