agentlik bildirib ki, bazar ertəsi səhər erkən zəlzələ və Türkiyənin cənub-şərqindəki minlərlə binanı dağıdan bir sıra yeraltı təkanlar nəticəsində Türkiyədə 14 351 nəfərin öldüyü təsdiqlənib.
Suriyada sərhədin digər tərəfində daha 3500 nəfərin öldüyü bildirilir.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
342/