Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

26 yanvar 2023

14:25:00
1341268

Prezident Rəisi Suriya müdafiə naziri ilə görüşündə: İran yenidənqurma dövründə də Suriya xalqının yanındadır/ İran-Suriya əlaqələri ortaq inanclar üzərində qurulub.

İİR Prezidenti: “İran İslam Respublikası Suriya xalqının həqiqi dostudur, çünki o, terrorizmə qarşı müqavimət dövründə Suriya xalqı və hökumətinin yanında olub və hərtərəfli iqtisadi əməkdaşlığı gücləndirərək yenidənqurma dövründə də onların yanında olmağa hazırdır.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İran İslam Respublikasının Prezidenti Höccətül İslam və Müslimin Doktor Seyyid İbrahim Rəisi Suriyanın müdafiə naziri general-leytenant Əli Mahmud Abbasla görüşündə iki ölkə arasındakı strateji əlaqələri açıqlayaraq, dəqiqləşdirib: “İran və Suriya münasibətləri ortaq əqidə və inanclara, eləcə də iki ölkə xalqının dirəniş və müqavimət ruhuna əsaslanır.”

Ayətullah Rəisi bildirib: “İran İslam Respublikası Suriya xalqının həqiqi dostudur, çünki o, terrorizmə qarşı müqavimət dövründə Suriya xalqı və hökumətinin yanında olub və hərtərəfli iqtisadi əməkdaşlığı gücləndirərək yenidənqurma dövründə də onların yanında olmağa hazırdır.”

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!