Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar ertəsi

9 yanvar 2023

14:52:43
1337136

Aliməqamlı Rəhbər: "İğtişaşların məqsədi ölkənin zəif tərəflərini yox, güclü tərəflərini məhv etmək idi"

İslam İnqilabının Aliməqamlı Rəhbəri tarixin dəyişdirici hadisələrini böyük öyrənmə təcrübələri və ya ilahi ənənəni ehtiva edən hadisələr adlandırıb.

Həzrət Ayətullahül-üzma Xamenei bu gün 9 yanvar 1978-ci il Qumda baş verən qiyamın ildönümü münasibətilə bu şəhərin bir qrup əhalisi ilə keçirilən görüşdə, tarixi hadisələri yaşatmağı və onlardan dərs almağı zəruri hesab edərək, buyurublar: "Qumun mömin və inqilabçı xalqının bayraqdarlığı ilə bütün İranda başlayan bu böyük cihad diktatura rejimini devrmək, İranı Qərbin hegemonluğundan və nəzarəti altından çıxarmaq və ölkənin tarixi və islami kimliyini dirçəltmək məqsədi daşıyırdı. Çünki İran Pəhləvi rejimi zamanı Qərbin təhrif olunmuş və yanlış mədəniyyətinin əl-ayağı altında və amerikalıların siyasi və hərbi hegemonluğu altında əzilmişdi". 

Aliməqamlı Rəhbər Müqəddəs Müdafiəni millətin vəzifə duyğusunun, lazımi vaxtda gəlib riskə getməyin parlaq nümunəsi hesab edərək, deyiblər: "İraqın devrilmiş diktatoru Səddam  ABŞ, Avropa ölkələri, NATO dövlətləri , Sovet İttifaqı və mörtəci ölkələrin dəstəyi və bütün imkanları ilə və İranı parçalamaq məqsədilə hücum etdi, amma İran bu partiyalar savaşınd qalib gəldi, onlar heç nə edə bilmədilər və ölkənin hətta bir qarışı belə ölkədən ayrılmadı. 

Həzrət Ayətullahül-üzma Xamenei inqilabın qələbəsini və İranın ABŞ-ın hegemonluğundan xilas olmasını İslam sistemi ilə düşmənçiliyin əsas səbəbi adlandırıblar və İnqilabın qələbəsindən cəmi on ay sonra İslam Respublikasını devirmək üçün ABŞ-ın o zamankı prezidenti Cimmi Karterin göstərişi ilə bağlı nüfuzlu bi rmərkəz tərəfindən məxfi sənədin yayılmasına işarə edərək,  buyurublar: "Bu sənədə əsasən, Karter ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə İslam Respublikasını devirmək əmrini verir və devirmək üçün qeyd etdiyi ilk strategiya təbliğatdan istifadə etməkdir".

İslam İnqilabının Ali Məqamlı Rəhbəri çıxışının başqa bir hissəsində son iğtişaşların memarlarının məqsədini təhlil edərək, deyiblər: "İğtişaşlarda əcnəbilərin rolu tamamilə göz qabağındadır. Bəzi insanlar və əcnəbilər iğtişaşların ölkənin zəif tərəflərinə qarşı olduğunu göstərmək istəyirdilər, amma mən sizə deyirəm, tam əksinə, ölkənin zəif tərəflərini yox, güclü tərəflərini məhv etmək istəyirdilər. Ölkənin böyük və dəyişdirici işlərə ehtiyacı var, Bəyan etmə cihadını ciddi qəbul edin. Dəfələrlə demişəm, yenə də deyirəm, düşmənin planlarının başında təbliğat dayanır, çarəsi isə həqiqəti izah etməkdir". 

O, həzrət son hadisələrdə amerikalıların və avropalıların oynadığı aşkar və şəksiz rola işarə edərək, düşmənin bu iğtişaşlarda ən mühüm alətinin kiber məkan və Qərb, Ərəb və İbrani medialar vasitəsilə təbliğat və vəsvəsə olduğuna diqqət çəkiblər.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu məsələ ilə bağlı izahatında ölkənin təhlükəsizliyi, təhsil və elm mərkəzlərinin bağlanması ilə elmi tərəqqinin dayandırılması, yerli istehsalın artımının dayandırılması, həmçinin turizm kimi çiçəklənən sektorların dayandırılması kimi güclü tərəflərin hədəfə alınmasına işarə ediblər.

O, həzrət əlavə ediblər: "Əlbəttə, iqtisadi və məişət probleminin olduğuna şübhə yoxdur, lakin zibil qutularının yandırılması və küçə iğtişaşları ilə bu problemi həll etmək olarmı? Şübhəsiz ki, bu hərəkətlər vətənə xəyanətdir və məsul qurumlar xəyanətlə ciddi və ədalətli məşğul olmalıdırlar".