Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə

23 dekabr 2022

11:45:00
1332915

Şərqi Suriya xalqı ABŞ-ın dəstəklədiyi Suriya Kürd Demokratik Qüvvələrinə qarşı nümayiş keçirib

Deyr əz-Zorun qərb ətrafının sakinləri ABŞ-ın dəstəklədiyi Suriya Kürd Demokratik Qüvvələrinin (SDQ) törətdikləri cinayətlərinə etiraz ediblər.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Deyr əz-Zorun qərb ətrafının sakinləri ABŞ-ın dəstəklədiyi Suriya Kürd Demokratik Qüvvələrinin (SDQ) törətdikləri cinayətlərinə etiraz ediblər.

Deyr əz-Zordakı yerli mənbələr bu nümayişi şəhərin qərbətrafı məhəllələrində Həvac Əl-Bomsa sakinlərinin keçirdiyini bildiriblər.

Bu mənbələrin məlumatına görə, nümayişçilər Həvac Əl-Bumsa şəhərinin yollarını təkər yandıraraq bağlayıb və “QSD” yaraqlılarına qarşı şüarlar səsləndirib və Suriya vətəndaşlarına qarşı cinayətlərinə son qoyulmasını tələb ediblər.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!