Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

20 mart 2022

13:29:55
1240988

Uşaq qatili sionist İsrail rejiminə həyat bəxş etməyə çalışan Türkiyə və Azərbaycan - TƏHLİL

İllər uzunu Azərbaycan uşaq qatili İsrail rejiminin enerji və digər sektorlarında ona yardımçı olub, hər cür dəstək verib. Sionist İsrail qırıcıları məhz Azərbaycanın verdyi kerasinlərlə uçaraq Qəzzə Zolağını bombalayır və sionist rejimin Merkava tankları və digər hərbi zirehli maşınları məhz Azərbaycan dizeli və benzini ilə hərəkətə gələrək Fələstinlilərə qarşı hərbi təcavüzlərinə davam etdirirlər. Beləliklə də Azərbaycanın “qardaş” adlandırdığı Türkiyə ilə işğalçı İsrail rejiminin bu yaxınlaşması Qərbi Asiyada sionist rejimi üçün böyük bir güc deməkdir.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ukraynada döyüşlərin qızğın dönəmində neoosmanizim xülyaları və Nil çayından Fərat çayına qədər cühüd dövləti qurmaq xülyaları ilə yaşayan iki qalmaqallı rejim bir araya gəlməyə çalışır. Söhbət tək Qərbi Asiya və Orta Şərqdə deyil, bütövlükdə Şərq, Afrika və Avropada söz sahibi olmaq arzusunda olan iki absurd dövlətin – uşaq qatili İsrail və Türkiyənin əl-ələ verərək, illər uzunu uşaq qatili, qaniçən, işğalçı İsrail sionist rejiminin müsəlman dövlətlərinə yaşatdığı ixtilaf və problemləri gözardına vurub Qüdsü işğal edən sionist İsrail ilə Türkiyə rejiminin strateji əməkdaşlığa start verməsindən gedir.

14 il sonra Ərdoğanın rəsmi dəvəti ilə ilk dəfə olaraq Türkiyəyə səfər edən işğalçı İsrail rejiminin prezidenti İsaak Hersok, qlobal imperialist qüdrət olan ABŞ-ın prezidenti Co Baydenin Qərbi Asiyada Qüdsün qanunsuz İsrail rejiminin paytaxtı kimi tanınması məqsədi ilə başlatdığı barışıq prosesinə qoşulmaqla, artıq BƏƏ, Misir və digər imperializmə boyun əyən dövlətlərlə münasibətləri normallaşdırmağa müəyyən həddə müvəffəq olub.

Müsəlman körpələrini öldürən, qaniçən İsrail rejiminin prezidentinin Türkiyə səfərinə gəldikdə, məqsəd siyasi, iqtisadi, mədəni və ən əsası hərbi əlaqələri bərpa etməkdir ki, bununla da sionist İsrail rejimi işğal etdiyi Fələstin torpaqlarında qurduğu qanunsuz yəhudi dövlətinin varlığını bəlkə də Türkiyə vasitəsi ilə bir neçə il qoruyub saxlaya bilməsidir. Ərdoğanın yürütdüyü siyasətlərinin məqsədi isə qlobal imperialist qüvvələrdən yararlanaraq neoosmanizim xilafətini qurmaq və Osmanlı şövkətini geri qaytarmaqdır. Amma sual olunur: Hansı qiymətlə? Nəyin bahasına? Kimlərlə əl-ələ verib bu iş görüləcək? Və ... Hər halda bütün bu zərərli xülyaların həyata keçməsinə hər iki tərəfin, yəhudi və türklərin ciddi ehtiyacı var. Bəs görəsən, ideoloji və siyasi fikir ayrılıqlarına baxmayaraq, tərəflər nədən nizamlanmaya indi razılıq verdilər? Səbəb də sadədir - enerji və iqtisadiyyat. Türkiyə İran enerjisini Qərbə ötürə biləcəyi halda faktiki olaraq işğalçı İsrail rejimini seçdi. Bir neçə il əvvəl İsrailin işğal etdiyi Fələstin torpaqlarının sahillərində böyük qaz yataqları aşkar edilib və onun hazırda Qərbə və dünyanın digər yerlərinə ən əlverişli nəql nöqtəsi də Türkiyə üzərindəndir. İsrail də gözəl anlayır ki, Türkiyədən yan keçəcək hər hansı bir layihə çox səmərəsizdir. Çünki İslami Müqavimət Qüvvələri olan Livan Hizbullah Təşkilatı, Fələstin İslami Cihad Təşkilatı, HAMAS, Suriya, İraq Həşdu əş-Şəbi Qüvvələri, Yəmən Ənsarullah Qüvvələri və İran İslam Respublikası uşaq qatili olan İsraili fiziki olaraq mühasirəyə almış və hətta bu rejimin 2040-cı ilə qədər yaşamayacağı proqnozunu vermişlər. Ona görə də Türkiyə ilə ilk öncə iqtisadi daha sonra siyasi və hərbi cəhətdən normallaşma məqsədəuyğun və praqmatik bir həldir. Bu yaxınlaşma, sözsüz ki, balans siyasətini yürüdən Azərbaycan üçün də vacibdir. Belə ki, illər uzunu Azərbaycan uşaq qatili İsrail rejiminin enerji və digər sektorlarında ona yardımçı olub, hər cür dəstək verib. Sionist İsrail qırıcıları məhz Azərbaycanın verdyi kerasinlərlə uçaraq Qəzzə Zolağını bombalayır və sionist rejimin Merkava tankları və digər hərbi zirehli maşınları məhz Azərbaycan dizeli və benzini ilə hərəkətə gələrək Fələstinlilərə qarşı hərbi təcavüzlərinə davam etdirirlər. Beləliklə də Azərbaycanın “qardaş” adlandırdığı Türkiyə ilə işğalçı İsrail rejiminin bu yaxınlaşması Qərbi Asiyada sionist rejimi üçün böyük bir güc deməkdir.

Türkiyənin energetika naziri Fatih Dönməz CNN telekanalına müsahibəsində bildirib ki, apreldə İsrail sahillərindən Türkiyəyə mümkün qaz kəmərinin çəkilməsi ilə bağlı danışıqlar aparmaq üçün İsrailə gedəcək. O bildirib ki, Türkiyənin İsrail qazını qəbul edib Avropaya çatdırmaq üçün hazır infrastrukturu var. Dönməz vurğulayıb ki, bunun üçün Aralıq dənizinin dibi ilə cəmi 500-600 km uzunluğunda qaz kəməri çəkmək lazımdır. Halbuki, "EastMed” adlı layihədə İsraildən Yunanıstan və İtaliyaya 1900 km uzunluğunda və Aralıq dənizinin ən dərin hissəsi boyunca nəhəng xəttin tikintisi nəzərdə tutulurdu. İllik ötürmə qabiliyyəti 10 milyard kubmetr olan qaz kəməri 7,9 milyard dollara başa gələcəkdi. Üstəlik, belə bir kəmərin rentabelliyi "Şimal axını 2”dən qat-qat az olacaqdı. "Şimal axını 2” 10 milyard dollar xərclə Avropaya ildə 55 milyard kubmetr qaz nəql etməli idi. Bu şərtlər daxilində yeganə həll yolu Türkiyə körpüsü ola bilər. Hersoqun Ankaraya uğurlu səfərindən iki gün sonra Ərdoğan da bildirib ki, Türkiyə və İsrail qazı Avropaya çatdırmaq üçün birlikdə çalışa bilərlər. Xüsusi vurğulamaq yerinə düşər ki, son illər Türkiyə-İsrail münasibətlərində iqtisadiyyat mühüm rol oynayıb, ölkələr arasında ticarət əlaqələri heç vaxt kəsilməyib. 2021-ci ilin sonuna ikitərəfli ticarətin həcmi rekord həddə - 8,4 milyard dollara çatıb.

Onu da qeyd edək ki, Türkiyəyə səfər edən sonuncu prezident Şimon Peres olub. 2010-cu ildə İsrailin humanitar yardım çatdırmaq üçün Qəzza zolağının blokadasını yarmaq istəyən türk gəmisinə basqın etməsindən sonra Ankara Tel-Əvivdəki səfirini geri çağırıb. Tarixi danışıqlara yardım edən Amerika yəhudi icmasının nümayəndəsi ravvin Mark Şnayer hesab edir ki, Hersoqun səfəri Türkiyə-İsrail münasibətləri, Türkiyə-Amerika əlaqələri və ABŞ-dakı yəhudi icmaları üçün yeni səhifə açır. Şnayer qeyd edir ki, hazırda Qərbi Asiya da daxil olmaqla yeni dünya nizamı qurulur: "Türkiyənin ABŞ-la münasibətlərinin yaxşılaşması bu ölkənin NATO və Qərbin müttəfiqi kimi İsraillə münasibətlərinin yaxşılaşması ilə sıx bağlıdır. Bu baxımdan ABŞ-dakı yəhudi diasporu da Türkiyəni dəstəkləyir".

Uşaq qatli İsrail iə Türkiyə münasibətlərinin bu formatda bərpasında rəsmi Bakının vasitəçilik missiyasını qeyd etmək lazımdır. Qanunsuz İsrail rejimində "Azərbaycan Evi”nin təmsil etdiyi Azərbaycan-İsrail diasporunun nümayəndələri əllərində Türkiyə, Azərbaycan və İsrail bayraqları ilə meydana çıxıb, İkinci Qarabağ müharibəsinin yekunlarını Azərbaycanın Üç Min Şəhid balalarının və 15 mindən artıq Qazinin ayaqlarına deyil məhz Türkiyə və işğalçı İsral rejiminin hesabına yazıblar. Türkiyə və işğalçı İsrail rejimin casuz şəbəkələri müxtəlif şirkətlər çərçivəsində Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində bərpa işləri adı altında birgə çalışırlar. Belə demək olar ki, eyni vaxtda Türkiyə və Azərbaycan, eləcə də sionist İsrail rejimi və Azərbaycan hökumətlərarası iqtisadi komissiyalarının iclasları keçirilib. Beləliklə, İsrail və Türkiyə arasında normal və sabit münasibətlərin bərpası regionun sabitsizliyinə, yeni müharibələrin yaranmasına və dağıntıların yayılmasına səbəb olacaqdır. Təsadüfi deyil ki, revanşist israilli politoloqlar Türkiyə ilə işğalçı İsrail rejim arasında münasibətlərdəki böhranın aradan qaldırılmasında, Rəcəb Tayyib Ərdoğan və İsaak Hersoqun tarixi görüşünün təşkilində İlham Əliyevin mühüm rolunu qeyd edirlər.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!