Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Bəşəriyyətin Xilaskarı, həzrət İmam Mehdinin (Allah onun şərəfli zahir olmasını tezləşdirsin) mövlud günü olan Nimeyi Şəban münasibəti ilə İran İslam Respublikasında ən böyük yaşıl rəngli bayrağı İmam Zamanın (ə) həmkarları və aşiqlərinin səyləri ilə Abbasabad mədəniyyət və turizm bölgəsində dəyişdirilərək ucaldılıb.
Dəniz səviyyəsindən 250 metr hündürlükdə yerləşən, çəkisi 300 kq, ölçüsü 22_24 olan bu yaşıl bayraq hər ilin Şəban ayının 15-ci günündə İran xalqının xeyir-duası ilə dəyişdirilir və dalğalandırılır. Abbasabad mədəniyyət və turizm rayonunda yerləşən bu bayraq ölkənin ən böyük, ən hündür və ən ağır yaşıl bayrağıdır.





Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!