Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

16 fevral 2022

11:33:34
1230211

Tanzaniyada “İran İslam İnqilabının Nailiyyətləri” adlı məqalə dərc olunub - Foto

Məqalədə deyilir: “Thomson Reuters (ISI) tərəfindən şah dövründə İranın elmi istehsalının miqdarı haqqında verilən məlumat çox az idi, lakin indi İran elmi cəhətdən məqalələrin sayına görə Qərbi Asiyada birinci və dünyada 16-cı yerdədir. Bu elə bir vəziyyətdədir ki, İranın İslam İnqilabının qələbəsindən əvvəl elmi naliyyətlər əldə etməsi üçün heç bir şansı yox idi və məhz İslam İnqilabı və ölkə gənclərinin səyləri sayəsində iranlı tədqiqatçılar elmi məqalələrin 20%-dən çoxunu dərc edərək bütün müsəlman ölkələri arasında birinci yeri tuta bilmişlər.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İran İslam İnqilabının şanlı qələbəsinin 43-cü ildönümü münasibətilə “RAİA MWEMA” qəzetində tam səhifədə “İran İslam İnqilabının Nailiyyətləri” adlı tam səhifəlik məqalə İmam Xameneinin şəkli və İran İslam Respublikası tərəfindən icad edilən peyklərdən birinin görüntüsü ilə bəzədilib.

Bu məqalə İran İslam İnqilabının qələbəsindən sonra elmi-texniki nailiyyətlərə və müxtəlif iqtisadi, sənaye və hərbi sahələrə istinad edir.

Müəllif bu məqaləsində qeyd edir: “Qərb dövlətlərinin təhdidlərinə, sanksiyalarına və təzyiqlərinə baxmayaraq, İran müxtəlif sahələrdə böyük uğurlar əldə edib. Təhsil istehsalı və elmi məqalələrin nəşri iranlı gənclər və tədqiqatçıların böyük nailiyyətlərindən biridir və bu, İslam İnqilabından sonra universitetlərin sayının artması və kolleclərdə akademiklərin genişlənməsi ilə əlaqədardır. İran elmi jurnalların inkişafı və nəşri sahəsində dünyanın ilk 20 ölkəsindən biridir.”

Məqalədə deyilir: “Thomson Reuters (ISI) tərəfindən şah dövründə İranın elmi istehsalının miqdarı haqqında verilən məlumat çox az idi, lakin indi İran elmi cəhətdən məqalələrin sayına görə Qərbi Asiyada birinci və dünyada 16-cı yerdədir. Bu elə bir vəziyyətdədir ki, İranın İslam İnqilabının qələbəsindən əvvəl elmi naliyyətlər əldə etməsi üçün heç bir şansı yox idi və məhz İslam İnqilabı və ölkə gənclərinin səyləri sayəsində iranlı tədqiqatçılar elmi məqalələrin 20%-dən çoxunu dərc edərək bütün müsəlman ölkələri arasında birinci yeri tuta bilmişlər.”

Başqa bir hissədə isə deyilir: “WoS məlumat bazasının son hesabatları göstərir ki, İran elmi jurnalların istehsalına görə dünyanın 20 ölkəsindən biridir və iki il dalbadal dünyada 16-cı yerdədir, İsveçrə, Türkiyə və Polşa kimi ölkələrdən belə daha yüksəkdir. İslam İnqilabının qələbəsindən sonra özünə inam, dindarlıq və mentalitet, istiqlal, azadlıq və ilkin İslam və İran sivilizasiyasının dirçəlişi İranlı gənclərin inqilabi ruhunu dirçəltmişdir.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!