Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Höccətül-islam və Müslimin Kəşmirin Kargil məntəqəsinin “12 İmamçı Üləmalar Cəmiyyətinin” rəhbəri olan Şeyx Qulam Vaezi Haqq çağırışına ləbbeyk deyib.
Qulam Həsən Vaezi tamamilə dindar bir ailədə anadan olub. O, ilkin Elmi Hövzə təhsilini Ayətullah Şeyx Əli Nəcəfi Brulmodan alıb. Daha sonra 1060-cı ildə Nəcəfi Əşrəf şəhərinə Elm ardınca gedərək, burada Şeyx Hadi Mərifət, Şeyx Müctəba Lənkərani, Seyid Əbülqasim Xoi, Şahrudi və şəhid Seyid Baqir Sədr (Allah onların məqamların ıdaha da ali etsin) kimi alimlərdən 17 il müddətində təhsil alaraq, yüksək elmi səviyyələrə çatıb.
1977-ci ildə Səddam Hüseyn tərəfindən üləmaların, din xadimlərinin qovulması və Nəcəf Əşrəf seminariyasının bağlanması ilə eyni vaxtda Kəşmirdəki doğma şəhərinə və doğulduğu Hendermana qayıdıb İslam və İmamların təlimlərini təbliğ etməyə başladı.
Kəşmirin dini, ictimai və siyasi xadimləri Höccətülislam və Müsliminin vəfatı ilə bağlı ayrıca mesaj yayaraq, Şeyx Qulam Həsən Vaezini Kəşmirin Şiə icması üçün böyük itki hesab edərək, bu böyük ruhani yolunun davam etdirilməsini vurğulayıblar.
Bu din xadiminin dəfn mərasimi doğulduğu yerdə, çoxlu sayda aşiq və həvəskarların iştirakı ilə keçirilib.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!