Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

15 noyabr 2021

15:10:10
1198725

Avropa Xəbərləri - Fransa

Parisdəki qalereyanın divarlarında “İran xalqı”nın şəkilləri

İranın müxtəlif əyalətlərindən olan 18 fotoqrafın 27 əsərinin təqdim olunduğu “İran xalqı” foto sərgisi noyabrın 11-dən dekabrın 3-dək İranın Fransadakı mədəniyyət nümayəndəliyinin İran qalereyasında keçirilir.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Parisdəki qalereyada iranlı rəssamların əsərlərindən ibarət “İran xalqı” adlı fotosərgi başlayıb.

İSNA-nın verdiyi məlumata görə, Parisin “Yeni Dalğa” foto klubunda “İran xalqlarının rəngləri və xoşbəxtliyi” mövzusunda “İran xalqı” adlı fotosərgi öz işinə başlayıb.

“Yeni Dalğa” Foto Klubu iranlı etnik qrupların və iranlı fotoqrafların mədəniyyətini beynəlxalq səviyyədə təqdim etmək məqsədi ilə müxtəlif ölkələrdə foto sərgilər təşkil edib. Bu sərgi beynəlxalq fəaliyyəti genişləndirmək məqsədi ilə İranın Fransadakı mədəniyyət nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

İranın müxtəlif əyalətlərindən olan 18 fotoqrafın 27 əsərinin təqdim olunduğu “İran xalqı” foto sərgisi noyabrın 11-dən dekabrın 3-dək İranın Fransadakı mədəniyyət nümayəndəliyinin İran qalereyasında keçirilir.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!