ABNA24 Xəbər Verir, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Niyamməddin Əhmədov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Sosial şəbəkələrdə yayılan rəylərə əsasən AXCP sədrinin mühafizəçisinə qarşı terrorçuluğu maliyyələşdirmə ittihamı ilə hökm çıxarılması, Əli Kərimliyə mesaj xarakteri daşıyır.
Sosial şəbəkə istifadəçilərinə görə, artıq 2-ci Qarabağ müharibəsindən sonra yaranmış yeni vəziyyətdə iqtidar, yeganə müxalifət olan AXCP-ni də siyasi səhnədən silmək niyyətindədir ancaq qərb dövlətləri və qurumlarının reaksiyalarından ehtiyatlanaraq hələlik partiya sədrinə mesaj verməklə kifayətlənir.
342/