ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Məhəmməd Cavad Zərif Tehranda İran İslam Şurası Məclisinin üzvləri qarşısında deyib ki, İranın Əfqanıstan, Pakistan, Rusiya, Türkiyə və Qətərlə münasibətləri indiyədək bu yaxşılığa olmayıbdır.
Zərif İranın Əfqanıstan və Pakistanla əlaqələrini strateji adlandırıb və belə deyib: İran bölgədə heç bir ölkəyə icazə verməyəcək ki, terrorçular onun ərazisindən öz maraqlarının təmini üçün istifadə etmiş olsunlar.
İranın xarici işlər naziri vurğulayıb: Terror hücumlarının azaldılması üçün parlament üzvlərindən, dini liderlərdən və region böyüklərindən istifadə etmək lazımdır.
İranın xarici işlər naziri puç ittihamlarla xaricdə həbsə salınmış iki İran vətəndaşının azad edilməsinə toxunaraq, üçüncü nəfərin azadlığa buraxılmasından xəbər verib.
.........
340