3 oktyabr 2026 - 13:52
Trampın təkrar xülyaları: İran təslim olmağa hazırdır

Tramp, həmişəki kimi bambılı iddialar irəli sürərək, İranla müharibənin tezliklə bitəcəyini deyib.

Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: ABŞ-ın terrorçu prezidenti çıxışı zamanı həmişəki kimi bambılı çıxış edərək deyib: “İran təslim olmağa hazırdır. İndi asanlıqla qalib gələ bilərik.”

Texasdakı bir yük maşını zavodunda Tramp İranla müharibənin tezliklə bitəcəyini iddia edərək əlavə edib: "İnanıram ki, seçkilərdən dərhal sonra, amma bəlkə də seçkilərdən əvvəl qalib gələcəyik.."

O, İranın hərbi gücünün məhv edilməsi illüziyasını təkrarlayaraq deyib: "Onların bəzi raketləri var, amma biz onları idarə edə bilərik. Onların bəzi raketləri var, amma onlardan çox az qalıb. İranın silah istehsal etmək qabiliyyəti yox olub və komandirlərinin əksəriyyəti ölüb."

Hələ heç bir razılaşmaya əməl etməyən ABŞ-ın terrorçu prezidenti İranı mümkün olan hər hansı bir razılaşmanı pozmaqda günahlandıraraq deyib: "Amma onlarla razılaşma bağladığınız zaman, onların buna əməl etməmə ehtimalı çox yüksəkdir."

İranın müqavimətindən məyus olan ABŞ-nin bambılı prezidenti deyib: “İran sərt və müdrik qərar verməlidir, əks halda bu, uzun sürməyəcək”.

Sizin rəyiniz

You are replying to: .
captcha