Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: ABŞ-nin İrana qarşı hərbi təcavüzü nəticəsində Hürmüz boğazının İran tərəfindən kontrolu və bunun ardınca beynəlxalq enerji daşıma marşrutlarında yaranan gərginlik nəticəsində İngiltərədə də dizel yanacağının qiyməti ölkə tarixində ən yüksək səviyyəyə yüksəlib.
Avtomobil xidmətləri üzrə “RAC” şirkəti bazar ertəsi günü açıqlayıb ki, İngiltərədəki yanacaqdoldurma məntəqələrində dizel yanacağının orta qiyməti litr üçün 203,9 pensə çatıb. Bununla da 2022-ci ilin iyununda qeydə alınmış litr üçün 199,09 penslik əvvəlki rekord yenilənib.
Şirkətin statistikasına əsasən, ABŞ-nin ötən ilin mart ayında İrana qarşı hərbi təcavüzə başlamasından bəri dizel yanacağının qiyməti 39,9 faiz artıb. Ailə avtomobilinin yanacaq çənini tam doldurmaq üçün tələb olunan məbləğ isə təxminən 110 funt-sterlinqə çatıb. Bu, hərbi təcavüz başlamazdan əvvəlki dövrlə müqayisədə təxminən 31 funt-sterlinq çoxdur.
Sizin rəyiniz