Bəyanatda bildirilir: SEPAH Hərbi Dəniz Qüvvələrinin döyüşçüləri Uca Allahın yardımı ilə kəşfiyyat məlumatlarına və elektron müharibəyə tam nəzarət şəraitində koordinasiyalı və mürəkkəb əməliyyat həyata keçirərək, Hörmüz boğazında casusluq məqsədilə fəaliyyət göstərən ABŞ-nin terrorçu ordusuna məxsus bir ədəd qabaqcıl sualtı pilotsuz aparatı ələ keçirə biliblər.
Bu pilotsuz aparat Remus 600 adlı qabaqcıl və ağıllı sualtı aparat növünə aiddir. Aparat Korpusun Hərbi Dəniz Qüvvələrinin döyüşçüləri tərəfindən qənimət götürülüb və hazırda məlumatlarının bərpası məqsədilə bu qüvvələrin mütəxəssislərinin ixtiyarındadır.
SEPAH Hərbi Dəniz Qüvvələri qətiyyətlə bildirir: Hörmüz boğazı bağlıdır və boğazda təhlükəli hərəkətlərə və icazəsiz marşrutlardan keçidə qarşı qətiyyətlə və fasiləsiz şəkildə tədbir görürük.”
Sizin rəyiniz