ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqın bəzi vilayətləri, o cümlədən Bağdad son günlər dövlət xidmətlərinin qeyri-münasib durumuna, iş fürsətlərin olmamasına və korrupsiyaya qarşı aksiyaların şahididirlər.
Faktlar göstərir ki, nümayişlər təbii surətdə formalaşmayıb və onların meydana gəlməsində əcnəbilərin rolu olubdur.
Ayətullah Mohəmməd Emami-Kaşani Tehranın buhəftəki cümə namazı xütbələrində bildirib ki, dünya şiələrinin üçüncü imamı, İmam Hüseyn(ə)-ın bayrağı zülmlə mübarizə bayrağıdır. O, əlavə edib: Amerika və sionist rejim fitnəkarlıqla həqiqəti gizlətməyə çalışırlar.
Ayətullah Emami-Kaşani həmçinin məzlum Yəmən xalqının təcavüzkarlar üzərindəki qələbələrinə işarə edərək, deyib ki, Yəmən xalqının qələbələri ali-səud rejimini və onun himayədarlarını biabır edibdir.
Tehranın cümə namazı xitabətçisi Amerikanın İran xalqına qarşı təzyiqlərinə də toxunub: İran xalqının müqavimətilə düşmənlərin maksimum təzyiqləri onların maksimum zəlilliklərinə çevrilibdir.
........
340