1 noyabr 2026 - 19:04
Source: IRNA
General-mayor Rzayi: İran xalqının nüvə doktrinasının dəyişdirilməsi ilə bağlı tələbləri var

İİR Ali Milli Təhlükəsizlik Şurasının katibi ABŞ prezidentinin müavini Cey Di Vensin məktubuna hələ cavab vermədiyini bildirib. O, İranın nüvə doktrinası ilə bağlı isə yeni qərarın qəbul edilmədiyini qeyd edib.

Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: General-mayor Möhsin Rzayi şənbə günü axşam xüsusi xəbər proqramında ABŞ prezidentinin müavini Vensin məktubu barədə danışarkən deyib: “Məktubu oxumuşam, lakin hələ ona cavab verməmişəm. Danışıq tonu tamamilə dəyişib və bu, çox yaxşı əlamətdir. Allaha şükürlər olsun ki, İran xalqı öz qələbəsini və qüdrətini möhkəmləndirib”.

Ali Milli Təhlükəsizlik Şurasının katibi nüvə strategiyasının dəyişdirilməsi məsələsinə də toxunaraq bildirib: “Hələlik bu barədə yeni qərar qəbul edilməyib. Əlbəttə, hazırda belə bir məsələ müzakirə olunur: müharibə yenidən başlayarsa, əvvəlki doktrinamızı davam etdirmək istəyəcəyikmi? Bu barədə rəsmi şəkildə heç bir yeni qərar qəbul olunmayıb”.

O əlavə edib: “Lakin İran xalqının öz tələbləri var. Xalq görür ki, düşmən bizim nüvə obyektlərimizi hədəfə alıb və bunun hansı səbəbdən edildiyini soruşur. Halbuki biz Beynəlxalq Atom Enerjisi Agentliyinin bütün yoxlamalarına müsbət cavab vermiş, müfəttişlərin gəlib yoxlamalar aparmasına şərait yaratmışıq. Buna görə də xalq bütün bunları nəzərə alaraq haqlı olaraq bizdən soruşur ki, bu vəziyyətin davam etməsini nə üçün istəyirsiniz?”

Milli Təhlükəsizlik Ali Şurasının katibi çıxışını davam etdirərək bildirib: “Rubio İtaliyaya getdi və regionda ABŞ-ın yerini İngiltərənin tutması üçün açar addımı atdı. Lakin İran xalqının qətiyyətli və qəhrəmancasına müqaviməti nəticəsində belə bir qənaət formalaşıb ki, regionun gələcək düzəni region ölkələrinin özləri tərəfindən müəyyən edilməlidir”.

Milli Təhlükəsizlik Ali Şurasının katibi əlavə edib: “Tehranda keçirilən dördtərəfli görüşdə dörd tərəfin hamısı İsrail rejiminə qarşı mövqelərini qətiyyətlə bəyan etdi. Bu görüşlərin davam etdirilməsi barədə razılıq əldə olundu. İnşallah, bu toplantı Qərbi Asiyada yeni düzənin formalaşmasının və regionun təhlükəsizliyinin region ölkələrinin özləri tərəfindən təmin edilməsinin başlanğıcı olacaq”.

General-mayor Rzayi bu görüşdə İranın mövqeyini açıqlayaraq bildirib ki, toplantıda birliyə və onun regionun təhlükəsizliyi üçün faydalarına, eləcə də daxili amillərə əsaslanan yeni regional nizamın yaradılmasına xüsusi diqqət yetirilib.

Milli Təhlükəsizlik Ali Şurasının katibi xatırladıb: “İran NATO-nun 5 min uçuşuna qarşı dayana bilibsə, dörd ölkə, şübhəsiz ki, daha böyük gücə malik olacaq. Əlbəttə, İran olmadan regionda heç bir təhlükəsizliyi təmin etmək mümkün deyil”.

General-mayor Rzayi Almaniya və Fransa da daxil olmaqla, Avropa ölkələrinin rəhbərlərinin açıqlamalarına toxunaraq qeyd edib: “İsrail rejiminin İrana hücumu zamanı Almaniya kansleri buna sevindiyini bildirir və Qərbin çirkli işini İsrailin gördüyünü deyirdi. İndi isə o, Makron və hətta Zelenski Avropada və dünyada yaranmış iqtisadi böhranın ABŞ-ın İrana qarşı müharibəsi ilə əlaqədar olduğunu etiraf edirlər. Artıq hamı başa düşüb ki, İrana zərər dəyərsə, bütün dünya zərər görəcək”.

General-mayor Rzayi bildirib ki, bu gün Tramp getdiyi hər yerdə İrana qarşı müharibəni nə üçün başlatdığına dair cavab verməli olur: “Bütün bunlar İran xalqının müqaviməti və qəhrəmancasına mübarizəsinin nəticəsidir. Bu gün dünya İran xalqının böyük və təsirli potensialının şahididir. ABŞ-da elə bir ailə yoxdur ki, İran müharibəsinin yaratdığı təzyiqləri hiss etməsin. Bu təsirlər bütün dünyada açıq şəkildə görünür və bu, görünməmiş hadisədir”.

Son diplomatik danışıqlar və səfərlərlə bağlı suala cavab verən general-mayor Möhsün Rzayi deyib: “Son diplomatik təmaslar bir aydan çoxdur ki, başlayıb. Amerikalılar danışıqlarda israr edirlər, lakin biz onlarla danışıqlar aparmayacağımızı bildirmişik. Şərtlərimiz yerinə yetirilməyənədək nə Hörmüz boğazı açılacaq, nə də danışıqlar aparacağıq. Biz ABŞ-ın davranışını dəyişdirdiyini görməli olduğumuzu bəyan etmişik. Yeddi şərtin yerinə yetirilməsi bu davranış dəyişikliyinin əlamətlərindən biri ola bilər”.

Ali Milli Təhlükəsizlik Şurasında Ali Rəhbərin nümayəndəsi vurğulayıb: “Biz müharibəni elə başa çatdırmaqda qətiyyətliyik ki, bundan sonra heç kim İrana hücum etməyə cəsarət etməsin. Qətiyyətlə müqavimət göstərəcək və İran xalqının hüquqlarını əldə edəcəyik”.

General-mayor Rzayi davam edərək bildirib: “Bəziləri soruşur ki, bu qədər qətiyyətli mövqe sərgiləməyinizə əsas verən nəyiniz var? Mən cavab verirəm ki, bəli, bizim elə imkanlarımız var ki, ABŞ hər hansı addım atarsa, onun başını əzəcəyik. Düşmən hər hansı bir səhvə yol verərsə, dəhşətli zərbələrlə və şərəfli müdafiə ilə üzləşəcək”.

Yeddi şərtlə İslamabad anlaşması arasındakı fərqə toxunan general-mayor Rzayi bildirib ki, İslamabad anlaşmasında Hörmüz boğazının idarə olunması və rüsumların alınması kimi məsələlərdə müxtəlif yozumlara səbəb olan qeyri-müəyyənliklər mövcud idi. Onun sözlərinə görə, yeddi şərtdə bu qeyri-müəyyənliklər aradan qaldırılıb.

Nüvə sahəsində danışıqların aparılması ehtimalı ilə bağlı suala cavab verən Milli Təhlükəsizlik Ali Şurasının katibi deyib: “Biz Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) üzvüyük və 22 hüququmuz var. Nüvə məsələsi ilə bağlı danışıqlar aparılacaqsa, hüquqlarımızı tələb edəcəyik. Buna görə də xalqımızın hüquqlarının təmin edilməsi üçün qətiyyətlə dayanmışıq. Bununla yanaşı, zaman amilini də nəzərə alırıq. Hazırda ABŞ-ın cavabını gözləyirik. İranın yeddi şərti yerinə yetirilm

Nüvə sahəsində danışıqların aparılması ehtimalı ilə bağlı suala cavab verən Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: “Biz Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) üzvüyük və 22 hüququmuz var. Nüvə məsələsi ilə bağlı danışıqlar aparılacaqsa, hüquqlarımızı tələb edəcəyik. Buna görə də xalqımızın hüquqlarının təmin edilməsi üçün qətiyyətlə dayanmışıq. Bununla yanaşı, zaman amilini də nəzərə alırıq. Hazırda ABŞ-nin cavabını gözləyirik. İranın yeddi şərti yerinə yetirilmədikcə, Hörmüz boğazının açılması mümkün deyil”.

General-mayor Möhsin Rzayi davam edərək bildirib: “Qrossi İsrail rejiminin muzduru və xidmətçisidir. O, İranın nüvə proqramında kənaraçıxma olduğunu iddia edən yeganə agentlik rəhbəridir. Halbuki İranın nüvə obyektlərində ən çox yoxlama aparılıb və ölkənin nüvə proqramında hər hansı kənaraçıxmanın olmadığı sübuta yetirilib”.

Ali Milli Təhlükəsizlik Şurasının katibi Ayətullah Seyid Müctəba Xamenei ilə son görüşünə toxunaraq bildirib: Ali Rəhbər bütün detalları dərindən bilməklə ölkənin işlərinə tam hakimdir və ölkəni qətiyyətlə idarə edir. Onun sözlərinə görə, Ali Rəhbər siyasi, iqtisadi, hərbi, sosial, mədəni və məişət məsələləri ilə bağlı dəyərli tövsiyələr verib.

Sizin rəyiniz

You are replying to: .
captcha