1 noyabr 2026 - 18:40
Source: IRNA
İmam Müctəba Xamenei: Düşmənin istənilən təhdidinə dərhal, təsirli və coğrafi məhdudiyyət olmadan cavab verilməlidir

İslam Ümmətinin Ali Baş Komandanlığı Ayətullah Seyid Müctəba Xamenei Silahlı Qüvvələrin yüksək rütbəli komandirlərini qəbul edib.

Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Ümüdünya Müsəlmanlarının Ali Lideri yüksək rütbəli komandirlərlə keçirdiyi görüşdə “düşmənlərlə güclü qarşıdurma üçün ağıllı döyüş hazırlığını”, “maksimum çəkindirmə”nin zəruri şərtlərindən biri hesab edərək göstəriş verib ki, istənilən səviyyəli və növdə təhdidə dərhal, təsirli və coğrafi məhdudiyyət olmadan cavab verilməlidir.

Həzrət Ayətullah Seyid Müctəba Xamenei vurğulayıb: Düşmənlər yenidən hərbi və ya terror hücumlarına başlayacağı təqdirdə, onların nə vaxt və hansı şəraitdə başa çatacağını İran İslam Respublikasının Silahlı Qüvvələri və İran xalqı müəyyən edəcək.

İslam Ümmətinin Silahlı Qüvvələrin Ali Baş Komandanı hərbi kəşfiyyat arxitekturasının gücləndirilməsini, “doktrina” və “taktika” sahələrində yerli müdafiənin dərinləşdirilməsini, müasir texnologiyalardan istifadə etməklə müdafiə və təhlükəsizlik imkanlarının inkişaf etdirilməsini, mənəvi dayaqların və cihad ruhunun gücləndirilməsini, eyni zamanda Silahlı Qüvvələrin məişət ehtiyaclarının təmin edilməsi və onlara dəstək göstərilməsi istiqamətində fasiləsiz səylərin davam etdirilməsini vurğulayıb.

İmam Seyyid Müctəba Xameneinin digər göstərişləri çərçivəsində hədəflər bankının elə yenilənməsi qərara alınıb ki, düşmən ABŞ-İsrail tərəfinin bütün növ maddi və qeyri-maddi aktivləri Silahlı Qüvvələrin atəş məsafəsində olsun.

O, Silahlı Qüvvələrə milli dəstəyi İran əleyhinə fəaliyyət göstərən xarici qüvvələr və onların daxili muzdurlarına qarşı çəkindirmənin əsaslarından biri hesab edərək əlavə edib: “Seçilmiş xalqın” səkkiz ay ərzində meydanlarda iştirakı səkkizillik Müqəddəs Müdafiənin davamıdır. Bu iştirak hərbi, polis və Bəsic (könüllülər) qüvvələrinin müqaviməti ilə yanaşı, İranın ərazi bütövlüyünü və İslam quruluşunu qoruyub və qorumaqda davam edəcək.

İslam İnqilabının Ali Rəhbəri müxtəlif ölkələrdə Müqavimət cəbhəsinin ağıllı və möhkəm dayanışını yüksək qiymətləndirərək, məkanların birliyini Qərbi Asiyada yeni siyasi və təhlükəsizlik nizamının formalaşmasında strateji təsirə malik, həlledici amil hesab edib. O, ümidvar olduqlarını bildirib ki, bu yeni nizam yeni İslam sivilizasiyasının formalaşması üçün İslam xalqları və dövlətlərinin birliyinin daha da güclənməsinə zəmin yaradacaq.

İran İslam Respublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Abdullahi, Ordunun baş komandanı general-mayor Hatəmi və İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Vəhidi Ali Baş Komandanla görüşdə Fars körfəzi sahillərində, Hörmüz boğazının əməliyyat bölgələrində, Oman dənizində, eləcə də ölkənin şimal-qərb və cənub-şərq sərhədlərində ölkə müdafiəçilərinin hazırlıq vəziyyəti barədə hesabatlar təqdim ediblər. Onlar həmçinin müxtəlif növ sursatların, kəşfiyyat, dəstək və döyüş silahlarının istehsalının dəfələrlə artırılması barədə məlumat veriblər.

İslam Ümmətinin Silahlı Qüvvələrin Ali Baş Komandanı görülən işlərdən məmnunluqlarını ifadə edərək, yüksək rütbəli hərbi komandirlərdən təşəkkür və razılıqlarını bütün hərbi, polis və Bəsic qüvvələrinə, bu qurumların əməkdaşlarına, Müdafiə Nazirliyinin işçilərinə və onların əziz ailələrinə çatdırmağı xahiş edib.

Sizin rəyiniz

You are replying to: .
captcha